Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Maksim Şevçenko: “Azərbaycan Ordusu rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər” - VİDEO

23:43  |    20 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

“Bu gün Azərbaycan Ordusu Zəngilanın azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə məruzə edib. Bu o deməkdir ki, Qarabağın bütün düzənlik hissəsi özünü “Dağlıq Qarabağ Respublikası”nın qoşunları adlandıran Ermənistan ordusunun işğalından təmizlənib”.

Qazilər.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Azərbaycan Ordusunun Zəngilan şəhərini və bir sıra kəndləri işğaldan azad etməsi ilə bağlı çıxışında deyib.

“Azərbaycan Ordusu rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər. Düşünmürəm ki, erməni qoşunları onlara mane olmaq iqtidarındadır”, - deyə M.Şevçenko qeyd edib.

M.Şevçenko vurğulayıb ki, sülh prosesində artıq köklü dəyişikliklər baş verib. Əvvəllər beş rayonun və daha sonra iki rayonun qaytarılmasından söhbət gedib, bu çərçivədə sonsuz danışıqlar aparılıb.

Rusiyalı jurnalist həmçinin artıq Minsk Qrupunun anlamsız olduğunu, Minsk prosesinin artıq mövcud olmadığını söyləyib.

“Azərbaycan Ordusu öz qüvvəsi, öz müasir silahları və müasir döyüş taktikası ilə dövlətinin işğal altındakı torpaqlarını azad edib”, - deyə M.Şevçenko bildirib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.11.2020
Çavuşoğlu: “Qarabağla bağlı üçtərəfli bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”
27.11.2020
Erməni generaldan Paşinyana cavab: “Onun psixi problemləri var”
27.11.2020
Putin iclasda sülhməramlılardan danışdı
27.11.2020
Paşinyan: Hazırda Ermənistan üçün ən vacibi Azərbaycanla sülhdür
27.11.2020
General Movses Akopyan “metallom” satırmış - Nikol Paşinyan