Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7207

Digər sorğular

"Müharibə məni qorxutmur" - "Neftçi"nin futbolçusu

23:45  |    19 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər


"Neftçi"nin yeni transferi Bruno Telüşi "ağ-qaralar"a keçidini şərh edib.

Qol.az “Ponaramasport”a istinadən xəbər verir ki, 30 yaşlı albaniyalı yarımmüdafiəçi paytaxt klubu ilə müqavilə imzalamasından, həmçinin ölkəmizdəki hərbi vəziyyətdən də danışıb:

"Açığı, əvvəlcə "Partizan"ı gözləyirdim. Sonra "Kukesi"nin baş məşqçisi Şkender Qeqadan təklif gəldi. Onun istəyi məni iki dəfə düşünməyə qoymadı. Üstəlik, klub uzun müddət xidmətimdə maraqlı idi. Şərtlər yerinə yetirildi, müqavilə bağladım. Daha sonra gözləmədiyim anda "Neftçi"dən dəvət aldım. Hər şey düşündüyümdən tez baş verdi. Hazırda bu komandadayam. Özümü yeni macəraya hazır hiss edirəm.

“Kukesi” ilə müqaviləmdə belə bir bənd var idi ki, daha yaxşı təklif gəlsə, gedə bilərəm. Ümumiyyətlə, rəhbərlik bu məsələdə mənə mane olmadı. Əksinə, işimi asanlaşdırdılar. Buna görə onlara təşəkkür etməliyəm.

Azərbaycana gəldikdə isə düzdür, müharibə başlayıb. Amma bu, çoxdan davam edir. Hətta bunu kiçik müharibə adlandırırlar. Bu, məni qətiyyən narahat etmir. Qorxu üçün heç bir əsas yoxdur. Məni narahat edən yeganə məqam internetdir. Sürət çox zəifdir və ailəmlə normal ünsiyyət qura bilmirəm (gülür). Hər futbolçu ölkə xaricində oynamaq istəyir. Bu, irəliyə doğru böyük addım atmaq və özünü göstərmək üçün fürsətdir. Mən də bunu istəyirəm. Arzuma çatdığım üçün şadam. Karyeramda irəliləmək şansım var. Çox yaxşı komandaya gəlmişəm. Özümü rahat hiss edirəm".

Qeyd edək ki, "Neftçi" Bruno Telüşi ilə mövsümün sonunadək müqavilə bağlayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.11.2020
Maradona vəfat edib
23.11.2020
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
22.11.2020
Braziliyalı futbolçu: “Qarabağı öz dogma ölkəsinə qaytaran cəsur oğlanları təbrik edirəm” - VİDEO
19.11.2020
Orxan Səfərov Avropa çempionu oldu
15.11.2020
Türkiyə ilk qələbəsini Rusiya üzərində qazandı