Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7156

Digər sorğular

Pakistan XİN-dən Paşinyanın ittihamı ilə bağlı açıqlama

23:30  |    17 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Pakistanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə "RİA Novosti" telekanalına müsahibəsində bu ölkənin hərbi qüvvələrinin Azərbaycan ordusuna yardım etməsi ilə bağlı fikirlərini əsassız adlandırır.

Qazilər.az xəbər verir ki, XİN öz bəyanatında Ermənistanın Baş nazirinin "əsassız və yersiz şərhlərini" qəti şəkildə rədd edib.

Nazirlik xatırladır ki, Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycan silahlı qüvvələri kifayət qədər güclüdür və öz torpaqlarını müdafiə etmək üçün heç bir xarici ölkənin köməyinə ehtiyacı yoxdur.

Pakistan XİN-i hesab edir ki, Ermənistan rəhbərliyi özünün Azərbaycana qarşı qanunsuz hərəkətlərini ört-basdır etmək üçün bu cür məsuliyyətsiz propaqandaya sığınır.

"Pakistan Azərbaycana diplomatik, mənəvi və siyasi dəstəyini ardıcıl şəkildə genişləndirib. Pakistan qardaş Azərbaycan xalqının yanında durmağa davam edəcək və hər hansısa təcacüzə qarşı onun özünümüdafiə hüququnu dəstəkləyəcək", - deyə bəyanatda vurğulanır.

Pakistan XİN-i əlavə edib ki, münaqişə tərəfləri arasında sülh və münasibətlərin normallaşdırılması BMT TŞ-nın qətnamələrinin tam və hərtərəfli icrasından və Ermənistan hərbi qüvvlərinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.10.2020
"Azərbaycanın hər zaman yanındayıq" - Çavuşoğlu
29.10.2020
Fransanın Azərbaycandakı səfirindən Bərdə ilə bağlı paylaşım
29.10.2020
BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
29.10.2020
Bu günü dünənindən, sabahı bu günündən daha böyük Türkiyəm!
29.10.2020
Amerika Azərbaycanlıları Şəbəkəsi Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlayıb