Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7143

Digər sorğular

İlham Əliyevdən Paşinyana: “İndi gəl Füzuliyə, orada de, “Qarabağ Ermənistandır”

17:18  |    17 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

“Ermənistanın baş naziri, “Qarabağ Ermənistandır” deyirdin, nə oldu? İndi gəl Cəbrayıla, Füzuliyə, Hadruta, orada de, “Qarabağ Ermənistandır”.

Qazilər.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

O bildirib ki, Ermənistanın baş naziri İrəvanda oturub bəyanatlar verməklə məşğuldur:

“Azərbaycanın işğaldan azad etdiyi ərazilərə gəl, orada “Qarabağ Ermənistandır” de. Hər gün dünya liderlərinin zəhləsini tökürsən. Niyə demirsən, “Qarabağ Ermənistandır”? Qorxursan? Bəs Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır” deyəndə cəsarətli idin.

Kimə arxalanırdın? Bilmirdin, gün gələcək, cavab verəcəksən? Həmin gün gəlir və gəlib. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir. Bunu nümayişkaranə etmələri qanunaziddir.

İndi baxım, görüm, kim gələcək Şuşada məskunlaşmağa? Cəbrayıla Ermənistandan yeni yol çəkirdin ki, qanunsuz yollarla Azərbaycan torpağını zəbt edəsən. Nə oldu? Məqsəd bizim əzəli, tarixi torpaqlarımızı erməniləşdirmək idi.

Füzuliyə eybəcər bir ad veriblər. O ad sizin başınıza dəysin, cəhənnəmə getsin. “Madagiz” adı da daha yoxdur. Biz bütün adları bərpa edəcəyik.

Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün. İndi köçür görüm, necə köçürəcəksən? Saxta, quldur dəstə başçısının “andiçmə” məsasimi keçirdiyiniz yerə bax, darmadağın etmişik oranı. Yeddi şərt qoyurdun, nə oldu? Onun-bunun ətəyindən yapışıb imdad diləyirsən ki, Azərbaycanı dayandırın.

Rədd ol torpağımızdan, dayanaq. Hər gün bunu deyirəm. Sabah “Buradan çıxıram” de, Azərbaycan dayansın. Bizə qan tökmək lazım deyil, bizə torpaqlarımız lazımdır. Azərbaycan xalqını təhqir etmək Ermənistan rəhbərliyinə baha başa gəlir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2020
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir - VİDEO
22.10.2020
İsmayıllı rayonundan Orduya dəstək - VİDEO
22.10.2020
Şair İsmayıl Dadaşov vəfat edib
22.10.2020
Zəngilanda Azərbaycan Bayrağının ucaldığı bina haqda prokurorluq məlumat yaydı - VİDEO
22.10.2020
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov