Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7143

Digər sorğular

Görkəmli akademik Ordumuza yardım etdi

19:40  |    15 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər


Vətənimizin işğal edilmiş torpaqlarının azadlığı uğrunda şanlı Milli Ordumuzun apardığı hərbi əməliyyatların uğuru arxa cəbhənin ön cəbhə ilə vəhdətinin bəhrəsidir.

Peşəsindən və cəmiyyətdəki statusundan asılı olmayaraq arxa cəbhədə çalışan hər bir Azərbaycan vətəndaşı Ordumuza yardım etməklə düşmən üzərində tam qələbəni yaxınlaşdırmaqdadır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında qələbələrimizin hər bir günü arxa cəbhədəki vətəndaşlarımızın şanlı Ordumuza təmənnasız yardımı ilə də tarixə düşməkdədir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Qaziler.az-a bildirilib ki, bu şanlı günlərdə Azərbaycan alimləri də şanlı Ordumuza öz yardımlarını əsirgəmirlər. Azərbaycanın görkəmli alimi, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov Vətənimizin azadlığı uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna şəxsi vəsaiti hesabına 2 000 (iki min) Azərbaycan manatı məbləğində ianə köçürmüşdür.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və kollektivi şanlı Ordumuza təmənnasız yardımına görə akademik Teymur Bünyadova öz dərin təşəkkürünü bildirmişdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2020
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
21.10.2020
Qarabağa görə başına yaylıq bağlayan şair...
21.10.2020
Koronavirus ilə mübarizə çərçivəsində məcburi köçkünlərə yardım göstərilib
17.10.2020
Nazirlik xəbərdarlıq etdi: Düşmənin növbəti təhlükəli təxribatı
14.10.2020
Azərbaycana dəstək üçün nişan üzüyünü göndərən Türkiyə vətəndaşı kimdi? - VİDEO