Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7143

Digər sorğular

Yelena Sidorenko efirdə göz yaşlarına hakim ola bilmədi - VİDEO

16:30  |    14 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər


Aparıcı Yelena Sidorenko Xəzər TV-də yayımlanan “Vaxtı gəldi” proqramında cəbhədə olan həyat yoldaşından danışıb.

BAKU.WS xəbər verir ki, Sidorenko efirdə göz yaşlarına hakim ola bilməyib. O bildirib ki, artıq bir neçə həftədir həyat yoldaşı cəbhədə xidmət edir:

“Artıq bir neçə həftədir ki, hərbi formada olan istənilən adamı görəndə dayana bilmirəm. Ona görə ki, yoldaşım, hər kəsin qardaşı, atası, oğlu cəbhədədir.

Ona görə yox ki, biz onlardan ötrü qorxuruq. Allah onları özü qoruyur. Allah kiməsə imkan verir ki, o, şəhidlik zirvəsinə ucalsın, bundan gözəl nə ola bilər?
Təbii ki, çətindir, darıxırıq, həssasıq. Qızım körpədir. Hər gün soruşur ki, atam hanı? Məni niyə qucağına almır? Qapını döyəndə eşidirəm qışqırır ki, atam gəlib.

Atası da zəng edəndə onu soruşur. Onlar da bizdən nigarandılar. Yoldaşımla danışanda narahatlığımı ona bildirmirəm. Neçənci efirdir ki, çalışıram özümü saxlayım. Anlayıram ki, qayıdanda verilişləri görəcək. Deyəcək ki, sən niyə bu qədər pis idin və mənə demirdin? Deyirəm ki, hər şey yaxşıdır, biz güclüyük.

Hər gün danışırıq ki, evə qayıtmağa az qalıb. Allah bizə əminlik verir ki, tezliklə torpaqlarımızı alacağıq. Hamımız yalnız qürur hissi keçirəcəyik.

Bu gün mənə nə xoş ki, cəbhədə olan birinin həyat yoldaşıyam. Hər gün dua edirəm. Bilirəm ki, minlərlə insan var. Sizin atalarınız, oğullarınızla fəxr edirəm. Ağlamayaq, sevinək. Həyatımızda bundan gözəl nə ola bilər? Nə gözəl ki, bu tarixi Azərbaycan oğulları yazır”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2020
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
21.10.2020
Qarabağa görə başına yaylıq bağlayan şair...
21.10.2020
Koronavirus ilə mübarizə çərçivəsində məcburi köçkünlərə yardım göstərilib
17.10.2020
Nazirlik xəbərdarlıq etdi: Düşmənin növbəti təhlükəli təxribatı
15.10.2020
Görkəmli akademik Ordumuza yardım etdi