Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6947

Digər sorğular

Moskvada azərbaycanlı iş adamını oğurlayan üç soydaşımız tutuldu- VİDEO

23:45  |    30 İyun 2015  |   E-mail  |  Çapa göndər

Rusiya paytaxtında həmyerliləri olan iş adamını oğurlamaqda təqsirli bilinən üç Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxt polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin may ayında 26 yaşlı iş adamını oğurlayaraq azadlığa buraxılması müqabilində ailəsindən 10 milyon ABŞ dolları tələb etməkdə şübhəli bilinən cinayətkar dəstənin Azərbaycan vətəndaşları olan 3 üzvü yaxalanıb.

“Şübhəli şəxslər Moskva vilayətinin Solneçnoqorsk rayonunun kəndlərindən birində saxlanılıb. Onlar 29, 46 və 48 yaşlı Azərbaycan vətəndaşlarıdır. Oğurlanan şəxs isə azad olunub”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

DİN-in yaydığı məlumatda saxlanılan şəxslərin evindən "Makarov" tipli tapança və patronlar aşkar olunduğu bildirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları dəstənin digər cinayətlərdə əlinin olub-olmamasını araşdırır.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.07.2020
Lukaşenko müsahibəyə ayaqqabısız gəldi - VİDEO
07.07.2020
Braziliya Prezidenti koronavirusa yoluxub
07.07.2020
"24 saata öldürür" - ÜST-dən Çində yayılan xəstəliklə bağlı AÇIQLAMA
07.07.2020
Türkiyə parlamentinə sədr seçkisinin nəticəsi məlum oldu
07.07.2020
Yaxın illərdə yeni koronavirus yayılacaq - XƏBƏRDARLIQ