Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7148

Digər sorğular

Bill Qeyts koronavirus peyvəndlərinin istehsal tarixini açıqladı

09:52  |    01 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Amerikalı sahibkar, "Microsoft” şirkətinin banisi Bill Qeyts bildirib ki, dünyada koronavirus peyvəndləri 2021-ci ildə istehsal edilə bilər.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Onun sözlərinə görə, peyvəndləri kasıb ölkələr üçün əlçatan etmək zəruridir.

"Bu peyvəndlər bizə milyonlarla insanın həyatını xilas etməyə imkan verəcək. Onlar həmçinin bizə dünyada COVID-19-u tam məhv etməyə gətirib çıxaracaq plan hazırlamağa imkan yaradacaq", - “Microsoft” şirkətinin banisi qeyd edib.

Bill Qeyts əlavə edib ki, bu hədəflərə nail olmaq üçün peyvəndlərin milyardlarla dozada istehsalını təşkil etmək lazımdır. Bundan başqa, peyvəndlərin alınmasını və dünya üzrə çatdırılması sisteminin hazırlanmasını da maliyyələşdirmək vacibdir.

"Az gəlirli ölkələr inkişaf etmiş dövlətlər kimi eyni alıcılıq qabiliyyətinə malik deyil. Buna görə də onlarda dozaların kifayət qədər olmayacağı riski var", - Bill Qeyts bildirib.

Sahibkar 16 əczaçılıq şirkəti ilə "Bill və Melinda Qeyts" Xeyriyyəçilik Fondu arasında yeni razılaşmanın imzalandığını elan edib.

"Sənəddə şirkətlər peyvəndlərin istehsalını sürətləndirməyi və onların mümkün qədər tez, geniş bölgüsünü təmin etməyi razılaşdırıblar", - Qeyts vurğulayıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.10.2020
Kaliforniyada Gəncə terroruna etiraz - FOTO
25.10.2020
Türkiyə Ordusunun arsenalına “P-72” hərbi təyyarələri daxil olur
24.10.2020
Fransa Türkiyədəki səfirini geri çağırıb
24.10.2020
Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı - VİDEO
24.10.2020
Kim Çen In həyat yoldaşını edam edib?