Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7149

Digər sorğular

Makron Dağlıq Qarabağdakı vəziyyətə görə Putinə zəng etdi

09:40  |    01 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin qəflətən gərginləşməsi ətraflı müzakirə olunub.

Telefon danışığında genişmiqyaslı hərbi əməliyyatların davam etməsi ilə bağlı ciddi narahatlıq ifadə olunub. Vladimir Putin və Emmanuel Makron münaqişə tərəflərini tez bir zamanda və atəşi tamamilə dayandırmağa, gərginliyin deeskalasiyasına və maksimal dərəcədə təmkinlik göstərməyə çağırıblar.

Dağlıq Qarabağ böhranının siyasi-diplomatik yolla həllinin alternativsiz olduğu qeyd olunub. Bu məzmunda, hər şeydən əvvəl ATƏT-in Minsk Qrupu formatı çərçivəsində gələcək əməkdaşlığın konkret parametrlərinə baxılıb.

Tərəflər silahlı qarşıdurmaya dərhal son qoyulması və danışıqlar prosesinin bərpasının xeyrinə Minsk Qrupunun həmsədr dövlətləri (Rusiya, Fransa və ABŞ) liderləri adından bəyanat verməyə hazır olduqlarını bildiriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.10.2020
Prezident: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
25.10.2020
Prezident İlham Əliyev: Həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir
25.10.2020
İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib
25.10.2020
Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün suçlandırıldıq"
25.10.2020
Prezident İlham Əliyevin müsahibəsi ən çox oxunan məqalə olub