Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Bu gecə kompüterlərinizi 5 dəqiqəlik söndürün! - XƏBƏRDARLIQ -VİDEO

21:05  |    30 İyun 2015  |   E-mail  |  Çapa göndər

Bu axşam saat 23:59:59-da dünya saatı 1 saniyə irəli çəkiləcək.

QAZİLER.AZ-ın APA TV-yə istinadla xəbərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin bununla bağlı yaydığı xəbərdarlıqda qeyd olunur ki, bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır.

“Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır. Belə ki, 2012-ci ildə edilən dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məşhur veb saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxıb. Belə ki, kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir. Nəticədə vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə səhv kimi başa düşüb öz fəaliyyətini dayandıra bilərlər” - deyə məlumatda vurğulanıb.

Bununla bağlı mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqəlik kompüterləri söndürməyi tövsiyə edir.

Qeyd edək ki, saatlara əlavə saniyə ilk dəfə 1972-ci ildə, axırıncı dəfə isə 2012-ci ildə əlavə edilib. Builki əlavə tarixdə 26-cı olacaq.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
İstirahət günləri üçün hava proqnozu
22.11.2019
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayırıldı
22.11.2019
Elçin Əlibəylinin xanımı tərəfindən “döyülməsinə” rəsmi münasibət
22.11.2019
Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə vəsait ayrıldı - SƏRƏNCAM
22.11.2019
Sabahın hava proqnozu açıqlanıb