Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7149

Digər sorğular

DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi

21:46  |    30 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.

Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıblar.

Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.10.2020
DİN əhaliyə müraciət edib
26.10.2020
Hikmət Hacıyev: "Ermənistan baş naziri növbəti dəfə yalan danışır"
26.10.2020
Düşmən Ağdam rayonunu atəşə tutur - Mudafiə Nazirliyi
26.10.2020
Yapon “Nikkei”si və fransız “Fiqaro”su – həqiqətlərimizin yeni ünvanları
25.10.2020
Ombudsman: "Ermənistan uşaqları müharibəyə cəlb edir"