Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7149

Digər sorğular

Oktyabr ayının hava proqnozu açıqlanıb

19:49  |    30 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Oktyabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Oktyabr ayının birinci ongünlüyünün ilk günlərində əsasən şimal və qərb rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16, gündüzlər 20-24, üçüncü ongünlüyün bəzi günlərində 15-18 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-40 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr temperaturun 6-11, gündüzlər 23-28, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 7-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-3 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 49-56 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperaturun 11-16, gündüzlər 18-23, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 31-61 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12, dağlarda 0-5 dərəcə isti, bəzi günlərdə 2-5 dərəcə şaxta, gündüzlər 15-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 34-126 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr temperaturun 11-16, gündüzlər 19-24, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 37-54 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 11-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, dağlarda 3-7 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 17-22 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 96-274 mm) gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.10.2020
Hikmət Hacıyev: "Ermənistan baş naziri növbəti dəfə yalan danışır"
26.10.2020
Düşmən Ağdam rayonunu atəşə tutur - Mudafiə Nazirliyi
26.10.2020
Yapon “Nikkei”si və fransız “Fiqaro”su – həqiqətlərimizin yeni ünvanları
25.10.2020
Ombudsman: "Ermənistan uşaqları müharibəyə cəlb edir"
25.10.2020
Hikmət Hacıyev: “Nur içində yat, Dmitri!” - FOTO