Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7156

Digər sorğular

Rusiyaya məxsus yük maşınlarının Ermənistana hərəkəti dayandırılıb - İran rəsmisi

15:07  |    29 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

“Rusiya hərbi texnikasının İran İslam Respublikasının Şərqi Azərbaycan vilayəti ərazisində yerləşən Norduz sərhəd-keçid məntəqəsindən Ermənistana ötürülməsi həqiqətə uyğun deyil. Əsla belə bir şey yoxdur”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu deyib.

“Son günlərdə bəzi şəxslər virtual məkanda şəkillər və videolar yayaraq, Şərqi Azərbaycan vilayətinin sərhəd-keçid məntəqələri vasitəsi ilə Rusiya hərbi texnikasının “KamAZ” yük maşınlarında Ermənistana göndərildiyini iddia ediblər, ancaq həqiqət budur ki, bu avtomobillərlə heç bir hərbi texnika daşınmayıb. Sosial şəbəkələrdə yayılan görüntülər Ermənistanın Rusiyadan aldığı və İran ərazisindən keçən yük maşınlarına aiddir. Lakin bir daha qeyd edirəm ki, həmin yük maşınlarında heç bir hərbi texnika yoxdur. Bununla belə, hər hansı anlaşılmazlığın və ya mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə, Rusiyaya məxsus yük maşınlarının Norduz gömrüyündən Ermənistana hərəkəti dayandırılıb. Hazırda həmin yük maşınları müvafiq və dəqiq yoxlamalar aparılması üçün Norduz gömrükxanasının dayanacağına yerləşdirilib”, - deyə İran rəsmisi vurğulayıb.

Qeyd edək ki, son sutkada Təbrizdən 190 km şimal-qərbdə yerləşən Norduz terminalından “KamAZ” yük maşınlarının Ermənistan tərəfə keçməsi ilə bağlı video və fotolar yayılıb və həmin yük maşınlarında Rusiya hərbi texnikasının Azərbaycanla döyüş bölgəsinə daşındığı iddia edilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.10.2020
Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır
28.10.2020
Ermənilərin hədələdiyi niderlandlı deputat: “Məni qorxuda bilməzlər”
28.10.2020
Türkiyədə Polad Həşimov adına park açıldı
28.10.2020
İran qəzetindən Emmanuel Makrona cavab - FOTO
28.10.2020
Dünyada koronavirusa yoluxmanın azalacağı tarix proqnozlaşdırıldı