Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6948

Digər sorğular

İndoneziyada təyyarə hotelin üstünə düşdü: 30 ölü -VİDEO

19:40  |    30 İyun 2015  |   E-mail  |  Çapa göndər

İndoneziyada dəhşətli təyyarə qəzası baş verib.

APA TV-nin məlumatına görə, ABŞ istehsalı olan "Hercules C-130" hərbi-sərnişin təyyarəsi Medan şəhərindəki hotellərdən birinin üzərinə düşüb.

Ən azı 30 nəfərin öldüyü bildirilir, ölü sayının artacağı da istisna edilmir. İndoneziya Hərbi-Hava Qüvvələrinin təmsilçisi Faud Basya bildirib ki, təyyarə Medan hərbi-bazasından qalxıb və Natuna adası istiqamətinə uçub. Hotel rəhbərliyi və hadisə şahidləri təyyarənin əvvəlcə binanın üzərində partladığını deyiblər.

Təyyarənin qalıqları ətrafda yerləşən yaşayış binalarına və elektrik ötürücüsünə də zərər vurub. Ərazidə güclü yanğın baş verib.

"Hercules C-130"ün ekipajı 12 nəfərdən ibarət olub, təyyarədə sərnişinlər də uçurmuş. Hazırda onların sayı dəqiqləşdirilir. Pilotların təyyarədə problem olduğunu anladıqları və bu səbəbdən geriyə - hərbi bazaya qayıtmaq istədikləri ehtimal olunur. Lakin təyyarə hərbi bazadan 5 kilometr aralıda yerləşən hotelin üzərinə düşüb.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
15 yaşında itirdiyi pul qabını 73 yaşında tapdı
08.07.2020
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçdi
08.07.2020
Türkiyənin Səhiyyə naziri: Qurban bayramında ölkədə sərtləşdirilmiş karantin rejiminin tətbiqi mümkündür
08.07.2020
Ramzan Kadırov Çeçenistanda toyların keçirilməsinə icazə verib
08.07.2020
Rusiyada koronavirusun bitmə tarixi açıqlandı