Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7149

Digər sorğular

Rusiyalı ekspert: Azərbaycan döyüşləri öz ərazisində aparır - VİDEO

09:22  |    29 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Rusiyanın "Rossiya 1” telekanalında yayımlanan "60 dəqiqə” verilişində Dağlıq Qarabağda gedən döyüşlər müzakirə olunub.

Qazilər.az xəbər verir ki, "Milli Müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko döyüşlərin Azərbaycan ərazisində aparıldığına diqqət yetirib.

"Vəziyyəti tam anlamaq üçün hamının təsdiq etdiyi faktlara nəzər salmalıyıq. Döyüşlər Azərbaycanın ərazisində aparılır. Bu, Ermənistanla Azərbaycan sərhədindəki müharibə deyil, sırf Azərbaycanın ərazisində aparılan döyüşlərdir. Ermənistan silahlı qüvvələri faktiki olaraq Dağlıq Qarabağ ətrafında yeddi rayonu işğal altında saxlayır və məhz bu ərazidə döyüşlər gedir”, - deyə İ.Korotçenko bildirib.

Münaqişənin həlli üçün təklif edilən planlardan danışan politoloq bildirib ki, bunun əsasında Azərbaycan ərazisinin işğaldan azad edilməsi durur.

O, həmçinin qeyd edib ki, cəbhə xəttindən gələn məlumata əsasən, Azərbaycan tərəfi genişmiqyaslı əks-hücum həyata keçirir:

"Artıq Azərbaycan ordusu bir sıra yaşayış məntəqələri və yüksəklikləri ələ keçirib, bunu qarşı tərəf də etiraf edib”.



Azxeber.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.10.2020
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət
25.10.2020
Prezident: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
25.10.2020
Prezident İlham Əliyev: Həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir
25.10.2020
İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib
25.10.2020
Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün suçlandırıldıq"