Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7155

Digər sorğular

İranın eyhamlı “qardaş təbriki” İrəvanda gündəm oldu

22:19  |    24 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

İran Prezidenti Həsən Ruhaninin Ermənistan Baş naziri Nikol Paşinyana 21 sentyabr Müstəqillik günü ilə bağlı təbrikinin gecikməsi Ermənistanda müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə müzakirələrə qoşulan şərqşünas, İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri Vardan Voskanyan İran diplomatlarının heç vaxt heç nəyi təsadüfən etmədiyini və Ruhaninin gecikən teleqramından İrəvanın nəticə çıxarmalı olduğunu bildirib.

Ermənistan üçün "qardaş ölkə lideri" sayılan Ruhaninin təbrikinin 3 gün gecikməsini Paşinyan administrasiyası da təsdiqləyib və bunu normal sayıb.

Voskanyan isə deyib ki, diplomatiyada mövqeyi birbaşa deyil, ehyamla çatdırmaq ənənəsi var:

"Bu, xüsusilə İran diplomatiyası üçün xarakterikdir. Bu, iki ölkə arasındakı münasibətlərdə problemlərdən xəbər verir".

Voskanyanın sözlərinə görə, İranın bu münasibəti ilk növbədə Ermənistanın İsraillə münasibətləri dərinləşdirməsi və İsraildə səfirlik açması ilə bağlıdır.

Qeyd edək ki, Ermənistanın bir neçə gün öncə İsraildə səfirliyi rəsmi fəaliyyətə başlayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.10.2020
Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır
28.10.2020
Ermənilərin hədələdiyi niderlandlı deputat: “Məni qorxuda bilməzlər”
28.10.2020
Türkiyədə Polad Həşimov adına park açıldı
28.10.2020
İran qəzetindən Emmanuel Makrona cavab - FOTO
28.10.2020
Dünyada koronavirusa yoluxmanın azalacağı tarix proqnozlaşdırıldı