Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7155

Digər sorğular

Erməni KİV: Ermənistan ordusu bu torpaqlarımızdan çıxır

21:43  |    24 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Cənubi Qafqazda gərginliyin artması fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri müəyyən fəallıq göstərib və münaqişə tərəfləri ilə danışıqlara başlayıb. Xüsusilə, gizli məlumatlar var ki, artıq İrəvanda ATƏT-in Minsk Qrupunun danışıqlar masası arxasına oturmaq təklifini qəbul ediblər. Ermənistanın münaqişənin “Madrid prinsipləri” üzrə həllinə razılıq verdiyi də bildirilir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti məlumat yayıb.

Qəzetin Ermənistan hökumətindəki mənbəsinin sözlərinə görə, Ermənistan Minsk Qrupunun təklifini qəbul edib:

“Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bu sənədin bəzi məqamları ona aydın deyil və o, izahat üçün vasitəçilərə müraciət edib”.

Xatırladaq ki, 2007-ci ilin noyabr ayında Madriddə Minsk Qrupunun həmsədr ölkələri – ABŞ, Fransa və Rusiya nazirləri Ermənistan və Azərbaycanın arasındakı münaqişənin əsas nizamlama prinsiplərinin ilkin variantını, yəni “Madrid prinsipləri” adlı sənədi təqdim ediblər.

“Madrid prinsipləri”nə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayondan və Laçının 13 kəndindən işğalçı ordu çıxarılmalı və bu torpaqlar Azərbaycana geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakılardır:

Ağdam rayonu

Füzuli rayonu

Cəbrayıl rayonu

Zəngilan rayonu

Qubadlı rayonu

Laçın rayonunun 13 kəndi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.10.2020
Prezident: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə...
28.10.2020
Prezident İlham Əliyev: “Atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş verib”
28.10.2020
Prezident: Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq
28.10.2020
Millət vəkilləri Kayseri Ticarət Odasının Azərbaycanla həmrəylik konfransında çıxış edib
28.10.2020
Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib