Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7143

Digər sorğular

Kürdəmirdə şəhidin adını daşıyan uşaq bağçası dağılmaq üzrədir - VİDEO

20:15  |    24 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Kürdəmir rayonunda yerləşən şəhid Elşən Abdurahmanov adına 5 saylı uşaq bağçası bərbad vəziyyətdədir.

“Report”un Yuxarı Şirvan bürosunun çəkiliş qrupu bağçada mövcud vəziyyətlə bağlı reportaj hazırlayarkən məlum olub ki, bağçanın inzibati binası 15 ildir ki, qəzalı vəziyyətdədir. Bina 1988-ci ildə tikilib və indiyədək burada heç bir təmir-tikinti işləri aparılmayıb.

32 illik dövr ərzində bağçanın dam örtüyü, divarları və döşəməsi sıradan çıxıb. Həyətyanı sahəsi isə dörd bir yandan zibil tullantıları ilə əhatə olunub. Bağçanın nə normal giriş qapısı, nə də hasarı var.

Nəzərə alsaq ki, burada gələcəyimiz olan körpələr tərbiyə olunur, təhlükənin nə qədər ciddi olduğunu dərk etmək elə də çətin deyil. Asan olduğu qədər də Bağçanın kollektivi müxtəlif vaxtlarda öz vəsaitləri ilə müəssisədə bəzi təmir-bərpa işləri görsələr də, heç bir effekti olmayıb.

Bağçanın binası qəzalı vəziyyətdə 2 növbədə fəaliyyət göstərir. 95 yerlikdir və uşaqların təlim-tərbiyəsi ilə 12 nəfər tərbiyəçi və 16 nəfər digər işçilər məşğul olur.

Hazırda istər bağçanın kollektivi, istərsə də azyaşlıların valideynləri dövlətin bu məsələyə dərhal reaksiya verərək mövcud problemin aradan qaldıralacağına ümid edirlər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2020
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
22.10.2020
Ölkədə yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
22.10.2020
Əsgərlər COVID-19-la bağlı əhaliyə çağırış etdi - VİDEO
22.10.2020
95 yaşlı istefada olan polkovnik-leytenantdan ordumuza dəstək - FOTO
22.10.2020
Azərbaycanda koronavirusa gündəlik yoluxma sayı 800 nəfəri keçdi