Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7143

Digər sorğular

Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçildi

16:38  |    24 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər


Estoniyada yaşayan Züleyxa İsmayılova bu ölkədə fəaliyyət göstərən “Yaşıllar” partiyasının həmsədri seçilib.

Bu, sentyabrın 12-də keçirilmiş qurultayda partiyanın nizamnaməsinə edilmiş dəyişikliklər nəticəsində baş verib.

Dəyişikliklərə əsasən, partiyaya iki həmsədr rəhbərlik edəcək. Həmsədr seçilən soydaşımıza ətraf mühitin qorunması məsələləri həvalə edilib.

Xatırladaq ki, Züleyxa İsmayılova siyasətçi olmaqla yanaşı, eko-aktivist, fotoqraf və jurnalistdir. Öncə ətraf mühitin müdafiəsi məsələləri ilə məşğul olan “Eston yaşıllar hərəkatı”nda könüllü kimi fəaliyyət göstərib, 2005-ci ildən siyasətə qoşularaq, Sosial-Demokatlar Partiyasına daxil olub. 2012-ci ildə bu partiyanı tərk edib, iki il sonra “Estoniya Yaşılları” partiyasına üzv olmağa üstünlük verib.

Qeyd edək ki, Z.İsmayılova 1985-ci ildə Tallində dünyaya göz açıb. Atası azərbaycanlı, anası estondur. Atasının vəfatınadək ailəsi Azərbaycanda yaşayıb. Sonra anası və bacısı ilə birlikdə Estoniyaya qayıdıb, 2017-2019-cu illərdə Tallin şəhərinin vitse-meri vəzifəsində işləyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2020
“Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil”
22.10.2020
Putin: “Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”
22.10.2020
"Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz" - Putin
22.10.2020
Ərdoğan və Ruhani Qarabağı müzakirə etdi
22.10.2020
Putin: "Bizim üçün Ermənistan da, Azərbaycan da eyni səviyyəli tərəfdaşdır"