Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7155

Digər sorğular

“Təcrübəli baş diplomat” özü də hiss etmədən Rusiyanın Dağlıq Qarabağı işğal etdiyini etiraf etdi

16:19  |    24 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər


Ancaq Rusiya baş diplomatı başını nə qədər Qarabağa soxsa da, artıq onun içindəki fikirlər nəinki yaxından, hətta uzaqdan sezilir.

Rusiyanın baş diplomatı Sergey Lavrovun Moskvada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə beş rayonun qaytarılması, kommunikasiyaların açılması və sülhməramlı qüvvələrin Azərbaycan ərazisinə yerləşdirilməsi təklifi, məlum Madrid prinsipinin tərkib hissələrindən biri olsa da, ancaq bu “köhnə havanın yeni aranjimanda” çalınması heç bir halda Azərbaycanın “sümüyünə” düşən hava olmadığını hər kəs dərk edir.


Çünki 1988-ci ildən bu yana Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı nəinki diplomatlar, hətta artıq kifayət qədər siyasiləşmiş Azərbaycan cəmiyyəti yaxşı bilir ki, Lavrovun bu təklifinin arxasında Rusiya ordusunun Azərbaycana yenidən qayıdışı, bunun ardınca isə, 2008-ci ildə Gürcüstanın əlindən zorla alınan və Rusiya tərəfindən rəsmi olaraq tanınan Abxaziya və Cənubi Osetiya ssenarisi dayanır.


Əslində Rusiya baş diplomatı bu təklifi sadəcə son günlər Ermənistanın Azərbaycan dövlət sərhədində aramsız təxribatları üzündən hər an başlanılması gözlənilən müharibənin qarşısını almaq üçün, güya, yeni mövzu kimi qəsdən ortaya atır. Rusiya tərəfi yaxşı anlayır ki, bu dəfə başlayacaq müharibədə “orbitr” rolunda o tək özü olmayacaq. Burada Türkiyənin mövqeyi bəlli olduğundan, iştirak etməsi də qaçılmazdır. Bu isə Rusiya-Türkiyə arasında müharibənin başlanması demək olacaq. Ancaq Rusiya həm də onu bilir ki, Ermənistanın haqsız oyununa görə Türkiyə ilə üz-üzə gəlməsi iki dövlət arasında bir sıra böyük layihələr və ya ümumi iqtisadi-siyasi maraqlar baxımından heç də arzu edilən deyil.


Məsələyə digər rakursdan baxanda isə görünən odur ki, Azərbaycan torpaqlarının 30 ilə yaxındır işğalda saxlanılmasının səbəbkarı məhz elə Rusiya özüdür. Çünki Azərbaycan tərəfi bunu həm 2016-cı ilin aprel döyüşlərində, həm də bu ilin iyulunda Ermənistan tərəfinin törətdiyi Tovuz təxribatında açıq-aydın gördü. Aprel döyüşlərində Moskvadan gələn təzyiqdolu aramsız telefon zəngləri Azərbaycan ordusuna Ermənistanın işğalına son qoymağa mane oldusa, İyulda isə Ermənistana gizli şəkildə təyyarələrlə daşınan tonlarla silah-sursat Rusiya tərəfinin məkrli niyyətini təsdiqləmiş oldu. Bunun üstündən Rusiya Müdafiə Naziri Şoyqunun Bakıda Ermənistana göndərilən silah-sursata “tikinti materialı” donu geyindirməsi isə, bu, kobub desək, Rusiya tərəfinin rəsmi Bakını məsxərəyə qoymasından başqa bir şey deyildi.


Əslində elə Lavrovun da “köhnə parçadan tikilmiş donu” təzə kimi və ya Çin malını Türk malı adı altında Azərbaycan tərəfinə sırımaq istəməsi, Şoyqunun “taxta-şalban” məsxərəsinin davamı kimi qiymətləndirilməlidir.


Ancaq bu görüşdə Sahibə Qafarova öz çıxışında Azərbaycan tarixinə ekskursiya etməklə, Rusiya siayasətçilərinə və ictimaiyyətinə haqlı olaraq anlatdı ki, Rusiya baş bilənləri özlərini “klounluğa” qoymasın, Dağlıq Qarabağ tarixin bütün mərhələlərində Azərbaycanın ayrılmaz hissəsi olub və onu ondoqquzuncu əsrin əvvəlindən bu günədək işğala məruz qoyan məhz, elə Rusiyadır.


Əlbəttə ki, indiyədək Dağlıq Qarabağın ədalətli həlli ilə bağlı erməni kökənli Lavrovdan Azərbaycan cəmiyyəti heç vaxt yaxşı bir söz eşitməyib. Məgər, o, 2016-cı ilin yekununa dair keçirdiyi böyük mətbuat konfransında Azərbaycanlı jurnalist Anar Həsənovun “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi?" - sualına, "Bu, mücərrəd bir məsələdir və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”, - deməmişdirmi? Əslində onun belə cavabı, rəsmi Moskvanın Dağlıq Qarabağ və ətraf rayonların işğalının həlli ilə bağlı tutduğu mövqedə Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarının pozulması demək idi.


Ümumiyyətlə Lavrov Dağlıq Qarabağla bağlı hər hansı bir təklif irəli sürəndə onun arxasında Ermənistan maraqlarından daha çox Rusiyanın öz maraları olduğu o dəqiqə hiss olunur. Ancaq Rusiya baş diplomatı başını nə qədər Qarabağa soxsa da, artıq onun içindəki fikirlər nəinki yaxından, hətta uzaqdan sezilir.


Əslində, Lavrov bu görüşdə səsləndirdiyi təklifində heç də yeni bir söz demədi. Ancaq yeni olan o oldu ki, “təcrübəli baş diplomat” özü də hiss etmədən Rusiyanın Dağlıq Qarabağı işğal etdiyini etiraf etdi.


Bu üzdən də Azərbaycan öz ərazilərini erməni-rus hərbi birliyinin işğalından azad etmək üçün Türkiyə ilə hərbi müqavilə bağlamaq məsələsini tezləşdirməli, Gəncəbasar bölgəsində müdafiə xəttini gücləndirməklə, Dağlıq Qarabağı işğaldan azad etmək üçün hərəkətə keçməlidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.10.2020
Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib - VİDEO
28.10.2020
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib - VİDEO
28.10.2020
Düşmən belə məhv edilir - Azərbaycan Ordusu tarix yazmağa davam edir - VİDEO
28.10.2020
İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
28.10.2020
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub