Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7148

Digər sorğular

Ermənistanda Polad Həşimov rayonu var – Nazirlikdən cavab

15:44  |    24 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər


Şəhid generalımız Polad Həşimovun adına Ermənistanda guya rayon olmasının “Quql xəritə"də (Google maps) qeydi ilə bağlı məsələ araşdırılacaq.

Bunu Axar.az-a “Quql xəritə"də (Google maps) Ermənistan ərazisində Polad Həşimovun adına rayon qeyd olunmasına münasibət bildirən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib. O bildirib ki, bununla bağlı məsələ təsdiqini tapdığı halda Quql şirkətinə növbəti müraciət ünvanlanacaq.

Nazirlik rəsmisi, həmçinin bildirib ki, bəzi Azərbaycan rayonlarının adlarının da sözügedən elektron xəritədə Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilməsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və XİN tərəfindən dəfələrlə Quql şirkətinin mərkəzi ofisinə müraciətlər göndərilib.

“Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, “Quql xəritə” istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir. Bu halda vətəndaşlarımız fəal şəkildə adıçəkilən elektron xəritədə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər", - nazirlikdən bildirilib.

Kibertəhlükəsizlik üzrə ekspert Fərid Zeynalovun fikrincə, çox güman ki, həmin adı xəritədə azərbaycanlılar yaradıb:

“Bu hal ilk dəfə baş vermir, Ermənistanın xəritəsində “Qarabağ bizimdir, bizim olacaq” adlı məkan da var. İstənilən istifadəçi “Quql xəritə” platformasına daxil olduğu zaman kompüter siçanının sağ düyməsinə basaraq “Xəritədə mövcud olmayan yeri əlavə etmək” və ya “Biznesi əlavə etmək” kimi bölmələri işlədə bilər. Həmin bölmələrin vasitəsilə xəritə koordinatlarını dəyişmək mümkündür. Görüntüdən də məlumdur ki, qeyd olunan ərazi rayon deyil, “Polad Həşimov Rayonu” adlı müəyyən obyektdir”.

Qeyd edək ki, “Quql xəritə"də (Google maps) Ermənistan ərazisində şəhid generalımız Polad Həşimovun adına rayon qeyd olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.10.2020
Bir Qazinin qəzası və qazavatı: veteran jurnalist Rey Kərimoğlu qəzaya düşüb...
25.10.2020
“General Həzi Aslanov” tankerində partlayışdan sonra dispetçerlə danışıqların yazısı yayımlanıb - AUDİO
24.10.2020
Rusiyanın “General Həzi Aslanov” neft tankerində partlayış olub, itkin düşənlər var
24.10.2020
Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - Nazirlik
24.10.2020
Ermənistanın Gəncədə törətdiyi terrorun növbəti qurbanı Rusiya vətəndaşı olub