Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7155

Digər sorğular

Geri qaytarılması nəzərdə tutulan rayonlar...- Erməni KİV - VİDEO

12:20  |    24 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər


Cənubi Qafqazda gərginliyin artması fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri müəyyən fəallıq göstərib və münaqişə tərəfləri ilə danışıqlara başlayıb.

Xüsusilə, gizli məlumatlar var ki, artıq İrəvanda ATƏT-in Minsk Qrupunun danışıqlar masası arxasına oturmaq təklifini qəbul ediblər. Ermənistanın münaqişənin “Madrid prinsipləri” üzrə həllinə razılıq verdiyi də bildirilir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti məlumat yayıb.

Qəzetin Ermənistan hökumətindəki mənbəsinin sözlərinə görə, Ermənistan Minsk Qrupunun təklifini qəbul edib:

“Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bu sənədin bəzi məqamları ona aydın deyil və o, izahat üçün vasitəçilərə müraciət edib”.

Xatırladaq ki, 2007-ci ilin noyabr ayında Madriddə Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya nazirləri Ermənistan və Azərbaycanın arasındakı münaqişənin əsas nizamlama prinsiplərinin ilkin variantını, yəni “Madrid prinsipləri” adlı sənədi təqdim ediblər.

“Madrid prinsipləri”nə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayondan və Laçının 13 kəndindən işğalçı ordu çıxarılmalı və bu torpaqlar Azərbaycana geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakılardır:

Ağdam rayonu

Füzuli rayonu

Cəbrayıl rayonu

Zəngilan rayonu

Qubadlı rayonu

Laçın rayonunun 13 kəndi.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.10.2020
Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib - VİDEO
28.10.2020
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib - VİDEO
28.10.2020
Düşmən belə məhv edilir - Azərbaycan Ordusu tarix yazmağa davam edir - VİDEO
28.10.2020
İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
28.10.2020
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub