Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7155

Digər sorğular

Hərbi vəzifəli şəxslər orduya niyə çağırıldı? - Polkovnik cavablandırır - Video

14:21  |    22 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər


Ehtiyatda olan hərbi vəzifəli şəxslərin planlı şəkildə hərbi təlimə çağırılmaları müharibə hazırlığı deyil.

Təlimlər ilk dəfə deyil keçirilir. Digər tərəfdən, bu təlimlər "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən reallaşdırılır.

Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov son günlər bir çox ehtiyatda olan hərbi vəzifəli şəxsin planlı şəkildə hərbi təlimə çağırılması haqda danışarkən deyib.

Ş.Ramaldanov bildirib ki, təlimlər müəyyən proqram əsasında həyata keçirilir:

“Təlim proqramı öncədən hazırlanır və təlim rəhbərlərinə təqdim edilir. Bilirsiniz, bu və bu kimi təlimlər hələ SSRİ zamanından keçirilir. Biz bunlara adətən toplantı deyirdik.

Hazırki təlimlərin nə qədər davam edəcəyi haqda məlumatım yoxdur. Adətən bu kimi təlimlər bir ay müddətində davam edir. Çünki təlim proqramı bir yox, bir neçə istiqamətdə aparılır. Təlim əvvəl ixtisaslar üzrə, daha sonra isə ümumi formada keçirilir.

Eyni zamanda şəxslərin çağırılma dövrü, yerləşdirilməsi, yoxlanışı müəyyən vaxt tələb edir. Daha sonra şəxslər yoxlanışdan keçir, proqram üzrə məşqlər başlayır. Buna görə də bu toplantını müharibə hazırlığı kimi qiymətləndirməyə ehtiyac yoxdur”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.10.2020
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıları ayıq-sayıq olmağa çağırır
28.10.2020
Edinburq şəhərində Gəncə terroru pisləndi
28.10.2020
İşğaldan azad edilən ərazilərimizin - Tam siyahısı
28.10.2020
Baş Prokurorluq Bərdə şəhərinin atəşə tutulması ilə bağlı bəyanat yayıb
28.10.2020
MN: Bölmələrimiz dəqiq atəş zərbəsi ilə döyüş meydanından qaçan düşmən qüvvələrini məhv edib - VİDEO