Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7156

Digər sorğular

Oslo şəhərində Nizami Gəncəvi adına Azərbaycan məktəbi açılıb

10:29  |    22 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər


Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

Bu layihə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO), Oslo Azərbaycan Evinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyevin təşəbbüsü ilə həyata keçirilib.

Məktəbin açılış mərasimində Norveçdəki Azərbaycan icmasının üzvləri, müəllim-şagird heyəti və valideynlər iştirak ediblər. Tədbirdə Ramil Əliyev, Azərbaycan dili kursunun müəllimi Arzu Rzayeva, valideyn Xəlil Alvani çıxış ediblər. Natiqlər Azərbaycan icmasının həyatında böyük əhəmiyyət kəsb edən bu hadisə münasibətilə şagirdləri və valideynləri təbrik ediblər, xaricdə yaşayan hər bir soydaşımızın, xüsusilə də övladlarımızın ana dilimizi öyrənməsinin vacibliyini vurğulayıblar. Tədbirdə şagirdlərə Azərbaycan dili kursunun proqramı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, ilkin mərhələdə məktəbdə 12 şagirdin təhsil alması nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.10.2020
Zəngilanın təhsil statistikası açıqlanıb - FOTO
19.10.2020
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır
19.10.2020
Azərbaycanda bütün təhsil müəssisələri və uşaq bağçalarında tətil elan olunub
16.10.2020
Nazir: "Noyabrın 2-dən bu və ya digər formada təhsili davam etdirəcəyik"
16.10.2020
Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib