Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6943

Digər sorğular

TQDK iyulun 2-də qəbul və buraxılış imtahanları keçirəcək

22:46  |    29 İyun 2015  |   E-mail  |  Çapa göndər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 2-də ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara), tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Lent.az- a verilən məlumata görə, hər iki imtahanda iştirak etmək üçün ümumilikdə 16150 abituriyent müraciət edib.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul imtahanında iştirak etmək üçün 12941 abituriyent qeydiyyatdan keçib.
Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər üçün buraxılış imtahanında 1142 nəfər IX sinif şagirdinin, 3510 XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.
Qeyd olunan imtahanlar bütövlükdə Respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 64 imtahan mərkəzində təşkil olunacaq və bütün binalarda eyni vaxta - saat 10:00-da başlanacaq .

İmtahanların idarə olunması üçün 314 imtahan rəhbəri, 2742 nəzarətçi-müəllim ayrılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.07.2020
Atəşkəs yenə pozulub
04.07.2020
Sərt karantinin olduğu bütün yerlərdə SMS-icazə belə alınacaq - VİDEO
04.07.2020
Həkimdən sərt sözlər: Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm
04.07.2020
Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ
04.07.2020
Aydın Mirzəzadə sosial şəbəkədə yaydığı siyahıdan danışdı: “Mənə irad bildirənin...“