Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7155

Digər sorğular

Təhsil naziri intihar edən müəllimdən yazdı

17:45  |    19 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Təhsil naziri Emin Əmrullayev sentyabrın 16-da intihar edən Bakı şəhəri 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi barədə yazıb.

Qazilər.az "Report"a istinadla xəbər verir ki, nazir bildirib ki, sentyabrın 16-da Bakı şəhəri 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın intihar etməsi xəbəri Təhsil Nazirliyi, eləcə də bütün təhsil ictimaiyyəti tərəfindən dərin narahatlıq və kədər hissi ilə qarşılanıb.

Onun sözlərinə görə, müxtəlif media orqanlarında mərhum müəllim haqqında qeyri-dəqiq və yoxlanılmamış məlumatların təqdim edilməsi böyük təəssüf doğurur:

"Bununla bağlı Təhsil Nazirliyi olaraq bildiririk ki, mərhum Naidə İsayeva çalışdığı məktəbdə hər kəs tərəfindən mədəni, savadlı və zəhmətkeş təhsil işçisi kimi tanınıb. O, Bakı Humanitar Kollecini ibtidai sinif müəllimliyi ixtisası üzrə bitirdikdən sonra 2016-cı ildən Bakı şəhəri 92 nömrəli tam orta məktəbdə müəllim kimi işləməyə başlayıb. 2018-2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 51 bal toplayıb və Bakı şəhəri 121 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyətə başlayıb. Naidə xanım çalışdığı kollektivin xatirəsində hər zaman dəyərli təhsil işçisi olaraq qalacaq. Təhsil Nazirliyi bir daha Naidə İsayevanın vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.10.2020
Zəngilanın təhsil statistikası açıqlanıb - FOTO
19.10.2020
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır
19.10.2020
Azərbaycanda bütün təhsil müəssisələri və uşaq bağçalarında tətil elan olunub
16.10.2020
Nazir: "Noyabrın 2-dən bu və ya digər formada təhsili davam etdirəcəyik"
16.10.2020
Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib