Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7149

Digər sorğular

Daha bir küçəyə Polad Həşimovun adı verildi - FOTO

18:16  |    19 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov bu gün ölkənin hər bir bölgəsində hörmətlə anılır və xatirəsi yaşadılır.

Qazilər.az Moderator.az-a istinadla xəbər verir ki, Bakının Kürdəxanı qəsəbəsində küçələrdən birinə şəhid generalın adı verilib. Qəsəbə sakinləri də əməkdaşımızla söhbətləri zamanı bunu yüksək qiymətləndiriblər. Onların sözlərinə görə uzun müddətdir ki, adsız qalan qəsəbə küçələrindən birinin generalın xatirəsini əziz tutmaq Polad Həşimov adlandırılması hamının ürəyincədir.

Onların isə bir xahişi var və o da generalın adını daşıyan küçənin təmirsiz yoludur. Qəsəbə sakinləri deyib ki, başqa küçələr elə də vacib olmasa da, generalın adını daşıyan küçənin yolunun təmirə ehtiyacı var. Təbii ki, bu da Sabunçu rayon İcra Hakimiyyətinin üzərinə düşür. Sakinlər bildirib ki, əgər aidiyyatı qurumlar yolu təmir etməsə, onlar öz aralarında pul yığıb küçəni təmir etdirəcəklər. Amma onların bu sözündən sonra müvafiq qurumlar heç də arxayınlaşmasın, əslində yolun təmiri onların vəzifə borcudur.

Qeyd edək ki, bundan öncə Qəbələ rayonunda da küçələrdən biri Polad Həşimovun adına verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.10.2020
Hikmət Hacıyev: "Ermənistan baş naziri növbəti dəfə yalan danışır"
26.10.2020
Düşmən Ağdam rayonunu atəşə tutur - Mudafiə Nazirliyi
26.10.2020
Yapon “Nikkei”si və fransız “Fiqaro”su – həqiqətlərimizin yeni ünvanları
25.10.2020
Ombudsman: "Ermənistan uşaqları müharibəyə cəlb edir"
25.10.2020
Hikmət Hacıyev: “Nur içində yat, Dmitri!” - FOTO