Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7149

Digər sorğular

Azərbaycanda müğənni barəsində cinayət işi açıldı

18:35  |    19 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

"Müğənni Elnar Xəlilov yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı təhrif edərək ictimailəşdirib.

Həmin verilişin tamaşaçıları arasında çaşqınlıq yaranmaması üçün müğəninin qeyd etdiyi insident barədə məlumat verməyi zəruri hesab edirəm. Belə ki, ötən il oktyabrın 22-də gecə saat 02:30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava ediblər. Bu zaman Elnar Xəlilov və Müşfiq Ələkbərov Anar Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər".

Qazilər.az xəbər verir ki, bunu "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov deyib.

N.Cavadov bildirib ki, faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılmış və Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunub və barələrində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib:

"Bu il avqustun 31-də istintaq yekunlaşıb, cinayət işi üzrə ittiham aktı tərtib edilərək prosessual rəhbərliyi həyata keçirən Bakı Şəhər Prokurorluğuna göndərilib.

Müğənni Elnar Xəlilovun az qala bir il bundan əvvəl törətdiyi qanun pozuntusunu indi təhrif olunan formada ictimailəşdirməsi ən azı təəssüf doğurur. Buna baxmayaraq, bir daha qeyd edirəm ki, qanunlar qarşısında hamı eyni məsuliyyəti daşıyır".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.10.2020
Hikmət Hacıyev: "Ermənistan baş naziri növbəti dəfə yalan danışır"
26.10.2020
Düşmən Ağdam rayonunu atəşə tutur - Mudafiə Nazirliyi
26.10.2020
Yapon “Nikkei”si və fransız “Fiqaro”su – həqiqətlərimizin yeni ünvanları
25.10.2020
Ombudsman: "Ermənistan uşaqları müharibəyə cəlb edir"
25.10.2020
Hikmət Hacıyev: “Nur içində yat, Dmitri!” - FOTO