Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7155

Digər sorğular

İlham Əliyev: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir

19:27  |    19 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu, onlar üçün də çox önəmlidir. Çünki onlar bilirlər ki, ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Neftçilərin əməyini yüksək qiymətləndirən dövlətimizin başçısı Dövlət Neft Şirkətində işlədiyi illəri xatırladaraq deyib ki, o zaman əldə etdiyi təcrübə onun üçün çox qiymətlidir.

Görkəmli neftçilərimizlə, o cümlədən əfsanəvi neftçi Qurban Abbasovla bir yerdə işlədiyini söyləyən Prezident İlham Əliyev onu çox prinsipial mövqeyi olan, çox bilikli, peşəkar və cəsarətli mütəxəssis kimi xarakterizə edib. Vurğulayıb ki, bu nəhəng kran gəmisi onun adını daşıyır.

Akademik Xoşbəxt Yusifzadənin də xidmətlərini qeyd edən dövlətimizin başçısı deyib ki, Dövlət Neft Şirkətində işləyərkən onunla hər gün görüşürdük və bu gün də görüşürük.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.10.2020
Şəhid olmuş hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
24.10.2020
Oktyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənilib
23.10.2020
İsrail Azərbaycana humanitar yardım göndərib
22.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb - FOTO
20.10.2020
Elman Rüstəmov: "Azərbaycanla müharibə Ermənistan iqtisadiyyatını çökdürər"