Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7143

Digər sorğular

Mixael Şumaxerin son durumu açıqlandı

20:16  |    18 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

İsveçrəli neyrocərrah Erik Riderer "Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin durumu barədə danışıb.

"Report"un məlumatına görə, Riderer RMC-yə açıqlamasında almaniyalı sabiq sürücünün vegetativ vəziyyətdə olduğunu bildirib. Bu isə Şumaxerin oyandığı, amma cavab vermədiyi anlamına gəlir: "O, nəfəs alır, ürəyi döyünür. Yəqin ki, otura və insanların köməyilə xırda addımlar ata bilər. Fikrimcə, bu, Şumaxerin maksimumudur. Onun qəzayadək olan vəziyyətinə qayıtma şansının olmadığını düşünürəm".

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.10.2020
"Sevincimin həddi-hüdudu yoxdur" - Şəhriyar Məmmədyarov
19.10.2020
"Müharibə məni qorxutmur" - "Neftçi"nin futbolçusu
19.10.2020
Prezident: “Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır”
14.10.2020
Koronavirusa yoluxan Ronaldu İtaliyaya getdi
13.10.2020
Mesut Özil Azərbaycana dəstək verdi - FOTO