Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7149

Digər sorğular

Özünüməşğulluq proqramına qoşulmuş aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur

18:38  |    18 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər


Özünüməşğulluq proqramına cəlb edilmiş aztəminatlı ailələrə aktivlərin verilməsi prosesi sürətlə davam etdirilir.

Qaziler.az bildirir ki, bu gün Bakının bir neçə rayonunda proqram iştirakçıları üçün heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlar qurulub. Vətəndaşlara onlara təqdim ediləcək aktivləri seçmək imkanı da yaradılıb.

2020-ci ildə özünüməşğulluq proqramına cəlb edilən və xırdabuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlə təmin edilən Vidadi Daşdəmirov yaradılan şəraitə və dəstəyə görə minnətdarlığını ifadə edib. Ağamirzə Əliyev də bu gün aktivlə təmin edilən şəxslərdəndir. O, təsərrüfatını daha da inkişaf etdirəcəyini bildirib. Biznes-planlarının qiymətləndirilməsindən uyğurla keçən digər iştirakçılar: Böyükağa Əsədov və Əlövsət İbrahimova isə iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər verilib. Təsərrüfatları üçün heyvanları özləri seçən proqram iştirakçıları bu sahəni inkişaf etdirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il məhz kənd təsərrüfatı üzrə 1100-dən çox proqram iştirakçısı üçün kiçik təsərrüfatlar yaradılıb. Yaxın zamanda istehsal və xidmət sahəsi üzrə də aktivlərin paylanması həyata keçiriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.10.2020
8 minə yaxın şəxs özünüməşğulluğa cəlb olunub
16.10.2020
“E-sosial” portalının 800 min aktiv istifadəçisi var
16.10.2020
Məşğulluq layihələrindən yararlanmaq üçün sadələşmiş qeydiyyat sistemi istifadəyə verildi
15.10.2020
Əmək bazarına qayıtmaq üçün kurslara başlanacaq
15.10.2020
Dünya Bankının missiyasına Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verildi