Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6571

Digər sorğular

500-ə yaxın insan əməyin mühafizəsi kurslarını bitirib

21:38  |    29 İyun 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməyin mühafizəsi üzrə tədris kurslarına indiyədək 300-dən artıq müəssisə cəlb edilib.

Bu müəssisələr üzrə ümumilikdə 470 nəfər mütəxəssis kursları başa vurublar və onlara müvafiq sertifikatlar verilib.

Ötən ilin noyabr ayından ilk dəfə olaraq təşkil edilən tədris kurslarına nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində təşkil olunan kurslarda mütəxəssislərə əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair elmi-hüquqi, həmçinin praktik bilgilər, təhlükəsiz və sağlam əmək şəraiti ilə bağlı nəzəri biliklərin təcrübədə tətbiqi yolları barədə izahatlar verilir, onların peşəkarlıq səviyyələri artırılır. Məşğələlər müddətində onlar müvafiq əyani və metodiki vəsaitlərlə, təlimin sonunda isə aparılmış müsahibənin nəticələrinə uyğun olaraq sertifikatlarla təmin edilirlər.

Kursların təşkili Əmək Məcəlləsinin 219-cu maddəsinin 3-cü bəndinin icrasına yönəlib. Belə ki, həmin bənddə müəssisə, idarə və təşkilatların rəhbər işçilərinin 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı, ixtisasartırma kurslarında təlim keçməli olduqları və bu sahədə onların biliklərinin yoxlanılması nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Ombudsman: "Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar"
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI
20.11.2019
 Mikayıl Cabbarova daha bir vəzifə verildi - Video