Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Umud Rəhimoğluna təşəkkür edib.

21:30  |    29 İyun 2015  |   E-mail  |  Çapa göndər

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun 75 illik yubileyi münasibəti ilə Grameen Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə dünyanın 15 ölkəsinin video təbriklərinə qoşulub.

BVF-dan QAZİLER.AZ-a verilən bilgiyə görə, Azərbaycandan edilən təbrik video mesajında Umud Mirzəyev, professor Məhəmməd Yunusun sosial biznesin inkişafında bəşəriyyətə gətirdiyi yeniliyi, sülhün təbliğini və yoxsulluğun azaldılması istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirdiyini qeyd edib. Nobel Sülh Mükafatı laureatı professor, Məhəmməd Yunus təbriklərə görə Umud Mirzəyə minnətdarlığını bildir. “Əzizim Umud Mirzəyev, indi mən yalnız 75 yaşlı biri deyil, 75 yaşlı ən xoşbəxt biriyəm. Sevgi dolu mesajları qəbul edərək çox gözəl bir gün keçirdim. Ad günümü belə xüsusi şəkildə qeyd etdiyiniz üçün sizə minnətdaram. Çox sağ olun ! ”

Grameen Yaradıcılıq Mərkəzi və Beynəlxalq Yunus Mərkəzi post Sovet ölkələrindən ilk təbrik mesajı kimi bu video təbriki yüksək dəyərləndirdiklərini bildiriblər. Albaniya, Meksika, Malayziya, Almaniya, Fransa, Çin, Yaponiya, İtaliya, İspaniya, Latviya, Kanada, Argentina, Kolumbiyadan və digər ölkələrindən olan vətəndaş cəmiyyəti təşkilatlarının video təbriklərinə qoşulan BAMF-ın sədri Umud Mirzəyev, Məhəmməd Yunusun yubiley gününün Azərbaycan üçün daha bir özəlliyini qeyd edib. O, 28 iyun 2015 tarixi gününün Bakıda ilk Avropa Oyunlarının möhtəşəm bağlanış günü kimi qeyd olunduğunu da vurğulayıb. Sonra Grameen Yaradıcılıq Mərkəzinin təsisçisi Hans Reitz Bakıda keçirilən möhtəşəm Avropa Oyunlarının onda ən xoş təəssüratlar yaratdığını da ifadə edib. Umud Mirzəyev də ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının əslində Azərbaycan xalqı ilə yanaşı, bütün Avropanın qələbəsi olduğunu bildirib. Daha sonra GYM-nin təsisçisi Hans Reitz Azərbaycanda gedən sürətli və dayanıqlı inkişafın böyük təcrübə olduğunu vurğulayıb. “Azərbaycan Böyük İpək Yolu üzərində ən vacib ölkədir. Biz istərdik ki, ölkəniz Qərblə Şərqi ən uğurlu şəkildə birləşdirə və dəyərləri paylaşa bilsin” deyən Reitz Azərbaycan nümayəndə heyətini böyük məmuniyyətlə bu ilin noyabr ayında Berlində keçiriləcək “2015- Global Sosial Sammiti”nə dəvət etdiyi qeyd edib. Bakının vacib mərkəzlərdən birinə çevrildiyini bildirən H.Reitz növbəti tədbirlərin bu şəhərdə keçirilməsi perspektivlərini yüksək dəyərləndirdiyini bildirib. Əminəm ki, Azərbaycan Sosial Biznesin İnkişafında bütün mərkəzi Asiya və Post Sovet ölkələri üçün mərkəz rolunu oynayacaqdır. Azərbaycanın uğurlarından danışan Umud Mirzəyev ölkədə dövlətin və vətəndaş cəmiyyəti təşkilatlarının, akademik mərkəzlərin sosial inteqrativ və sosial inkişaf ideyalarına dəstək verdiyini ifadə edib. Bu istiqamətdə Azərbaycanın geniş təcrübəsinin olduğunu bildirən Umud Mirzəyev prof. Məhəmməd Yunusun Sosial Biznes ideyalarının yoxsulluğun aradan qaldırılması, dayanıqlı inkişafın təmin olunması üçün əhəmiyyətli konsepsiya olduğunu da qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib"
21.11.2019
Prezident İlham Əliyev: “Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
21.11.2019
“Alı zirvəsi" filminin təqdimatı keçirilib - FOTO
21.11.2019
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib - SƏRƏNCAM