Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Heydər Əliyev Mərkəzinin maketi Rusiya Dövlət Ermitajında sərgilənir

20:30  |    29 İyun 2015  |   E-mail  |  Çapa göndər

İyunun 27-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında tanınmış memar Zaha Hadidin retrospektiv sərgisi açılıb.

QAZİLER.AZ saytının Trend-ə istinadən məlumatına görə, müəllifin layihəsi əsasında inşa olunmuş Bakıdakı Heydər Əliyev Mərkəzinin maketi də ekspozisiyada nümayiş etdirilir.

Dövlət Ermitajı və Zaha Hadid Studiyasının birgə təşkil etdiyi sərgidə ümumilikdə 300-dək maket, çertyoj, heykəl və dizayn obyektləri təqdim olunur. Ekspozisiyada Z.Hadidin 1980-ci illərdəki eksperimental eskizləri, ilk reallaşdırılan və uğur gətirən layihələri və təbii ki, son illərdəki işləri nümayiş etdirilir. Sərgidə Heydər Əliyev Mərkəzi ilə yanaşı, memarın layihəsi əsasında inşa olunmuş Çinin Quançjou operası, Romanın XXI əsr Milli İncəsənət Muzeyi (MAXXI), Londonun Su İdman növləri Mərkəzi və digər tikililərin maketləri yer alıb.

Qış sarayının “Nikolay” zalında açılmış sərgi sentyabrın 27-dək davam edəcək.

Qeyd edək ki, böyük britaniyalı Z.Hadid müasir dünya memarlığının ən məşhur simalarından biridir. O, "Pritzker" mükafatını almış ilk qadın memardır.

Xatırladaq ki, Z.Hadidin layihəsi əsasında inşa olunmuş Heydər Əliyev Mərkəzi 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi