Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7072

Digər sorğular

Bu gün Bakıda yüksək temperaturla məktəbə gələn şagird olub?

20:48  |    15 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə bu gün hər hansı bir şagirddə temperaturun yüksək olması ilə bağlı məlumat daxil olmayıb.

Qazilər.az xəbər verir ki, bu barədə “Report”a idarədən bildirilib.

Qeyd olunub ki, məktəbə daxil olan hər bir şagirdin temperaturu ölçülüb:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunub.

Həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib. Eyni zamanda, məktəblərin həyətyanı ərazilərində sosial məsafənin saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib

Sinif otaqlarında şagirdlər arasında məsafə saxlanılıb, qaydalara uyğun olaraq, bir parta arxasında yalnız bir şagirdin oturması təmin edilib. İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olararaq dezinfeksiya işləri həyata keçirilir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.09.2020
“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanıldı
24.09.2020
PKK terrorçuları Qarabağda - Tarixi video
24.09.2020
Cəlilabadda «Veteranlar evinin» problemləri həll edilib
23.09.2020
Kosmik Məsələlər üzrə Şuranın tərkibi təsdiqləndi
23.09.2020
Biləsuvarın icra başçısı köməkçisini işdən çıxartdı