Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7073

Digər sorğular

Azərbaycan və Türkiyə qırıcıları Naxçıvan üzərində uçuşlar keçirib

19:52  |    15 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Bu gün Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin Naxçıvan şəhəri üzərində birgə uçuşları təşkil olunub.

Qazilər.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bundan əvvəl birinci mərhələsi keçirilən “Sarsılmaz qardaşlıq-2020” Azərbaycan-Türkiyə birgə təlimi və bu gün təşkil olunan uçuşlar Azərbaycan və Türkiyə qardaşlığının, hərbi birliyinin nümunəsidir.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi albay Mustafa Günhan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını, Türk şəhidləri abidəsini və Ana fəryadı xatirə heykəlini ziyarət ediblər.

Helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları nümayiş etdirilib. Bu zəfər bayramında ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” dahi kəlamının fəlsəfəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu göstərir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.09.2020
Məleykə Abbaszadə tələbələrə müraciət etdi
24.09.2020
Naxçıvanda manqa komandirləri ilə toplantı keçirilib - VİDEO
24.09.2020
Hərbçi snayperdən necə qoruna bilər - döyüşçülər və ekspert danışır
24.09.2020
“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanıldı
24.09.2020
PKK terrorçuları Qarabağda - Tarixi video