Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7064

Digər sorğular

“BakuBus” avtobusları niyə yanır? - Səbəbi açıqlandı

18:43  |    15 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

1 və 15 sentyabr tarixlərində “BakuBus” MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri ilə bağlı araşdırma aparılıb. Mütəxəssislərin ilkin rəyinə əsasən yanğının yüksək təzyiqli yağ borusunun pərçimdən qopması nəticəsində baş verdiyi ehtimal olunur.

Qazilər.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır. Şirkətin ixtisaslı mütəxəssisləri Bakıya dəvət edilib:

“Məlumat üçün bildiririk ki, 2015-ci ilin sentyabrından müntəzəm sərnişindaşımalarına cəlb edilən “BakuBus” avtobuslara gündəlik və dövrü texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır. Bu işlər istehsalçı şirkət tərəfindən təlim keçən və sertifikatlaşdırılmış texniki personal tərəfindən yerinə yetirilir.

Qeyd edək ki, eyni markalı avtobuslarda buna bənzər hadisələr 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtaliyada baş verib”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2020
Bakıda özünü binadan atan qadının görüntüləri yayıldı – VİDEO
19.09.2020
Bakıda güclü yanğın baş verib - VİDEO
18.09.2020
Bibisi oğlunun ölümünə səbəb olan şəxs həbs edilib - RƏSMİ
18.09.2020
Xaçmazda dəhşətli qətl: Qayınata və qayınanasını yatdığı yerdə öldürdü, arvadını yaraladı - YENİLƏNİB
18.09.2020
DTX daha bir əməliyyat keçirdi: Suriyada döyüşmüş şəxs həbs edildi