Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7072

Digər sorğular

Səfir İran vasitəsilə Ermənistana silah tədarükü haqda: "Şəxsən özüm İranda..."

17:16  |    15 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

“Bölgə məsələləri üzrə mövqeyimiz aydındır. Azərbaycanla əlaqələrimizin inkişafı üçün heç bir maneə yoxdur. Eyni zamanda Ermənistanla da adi qonşuluq münasibətlərimiz var”.

Qazilər.az “Report”a istinadla xəbər verir ki, bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi mətbuat konfransında jurnalistlərin Rusiyanın Ermənistana İran ərazisindən silah tədarükü barədə sualını cavablandırarkən deyib.

“İran heç vaxt qonşu, dost və müsəlman Azərbaycana qarşı arxadan hansısa iş görülməsinə yol verməz. Şəxsən özüm İranda bu məsələni araşdırdım. İran üzərindən Ermənistana Azərbaycana qarşı tədarükü inkar edirik. Bizə deyildiyi kimi və Rusiya Müdafiə nazirinin dediyi kimi, bəzi inşaat materialları olub”, - səfir söyləyib.

“Azərbaycan-İran münasibətləri dünən formalaşmayıb ki, onları hansısa dezinformasiya ilə korlamaq mümkün olsun. Bu cür təhrikedici məlumatlara qarşı son dərəcə ehtiyatlı olmaq lazımdır”, - səfir əlavə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2020
Azərbaycanın XİN başçısının Gürcüstana səfər proqramı açıqlanıb
23.09.2020
Lavrov: "Paşinyanın Qarabağla bağlı fikirləri münaqişənin nizamlanmasına maneə törədir"
22.09.2020
Ərdoğan İlham Əliyevə zəng etdi
22.09.2020
Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri ilə görüşüb
22.09.2020
“TRT Haber” telekanalı Ermənistanın hərbi təxribatlarından reportaj yayımlayıb