Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7073

Digər sorğular

“Qarabağ”ın son durumu – Qurban Qurbanovdan açıqlamalar

14:59  |    15 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər


Bu gün “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Molde” ilə matç üçün Kiprə yollanıb.

Qol.az-ın xəbərinə görə, baş məşqçi Qurban Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırıb.

- Komandanın hazırlığı demək olar ki, pis deyil. Sadəcə bəzi problemlərimiz var. Bəzi futbolçularımızın hazır olmaması məni bir az narahat edir. Millinin oyunlarına görə uzun müddətdir ki, futbolçular bir yerdə deyildilər. “Keşlə” ilə matça 1 gün qalmış hamımız toplana bildik. Bundan sonra isə 2 gün tam vaxtımız oldu ki, kollektiv olaraq bütün futbolçular birlikdə hazırlaşsın. Amma dediyim kimi, ümumi durum pis deyil. Sadəcə bir neçə futbolçumuzun mikrozədələri var və bu, məni bir az narahat edir.

- Zədəli oyunçulardan Mahir Emreli matçda iştirak edəcək?

- Oyuna kimi Mahirin tam hazır olub-olmayacağını bilməyəcəyik. Dünən məşq etdi. Amma məşqin sonuna qədər saxlamadıq. Bir az ağrıları hiss olundu. Dedilər ki, normaldır. Qəti qərar vermək üçün 2 gün vaxtımız var.

- UEFA-ın oyunu neytral meydana salması haqda qərarı sizi narahat etdi?

- Sırf buna görə narahat olduğumu düşünməzdim. Sadəcə gec bildirmələri məni narahat etdi. Çünki püşkdən dərhal sonra desəydilər ki, matç neytral zonada olacaq, bizim üçün daha rahat olardı. Oyuna 1 həftə qalmış belə bir fikir bildirmək bizim üçün narahatlıq yaratdı. Amma bu, UEFA-nın qaydalara uyğun olaraq verdiyi qərardır. Rəqib də, biz də qəbul etməliyik.

- “Molde” haqda fikirləriniz necədir? Bu mövsümkü digər rəqibləriniz fərqlənir?

- Bəli. Çempionatda səhv etmirəmsə, 15 və ya 16 matçda oynamışdılar. Sadəcə milli komandaların oyunları ilə bağlı 2 turu buraxmışdılar. Ümumiyyətlə, çox nizam-intizamlı komandadır. Fərqi üslubda oynayır. Görünür, bu turnirə çox ciddi hazırlaşırlar. Hər bir halda bu tip komandalara qarşı çıxış etmişik və inanıram ki, rəqibi düzgün analiz edib, düzgün oyun qura biləcəyik.

- Matçın neytral meydana salınması futbolçuların motivasiyasına nə kimi təsiri olub?

- Bəzən bunun futbolçulara faydası olur. Amma bəzən də həddindən artıq çox motivasiya olanda bunun oyunçulara zərəri dəyir Bizim işimiz ondan ibarətdir ki, bunları orta səviyyədə saxlayaq. Biz nə qədər motivasiya versək də, meydançada istədiyimizi edə bilməsək, onda motivasiyanın bir köməyi olmayacaq. Çünki biz həm fiziki, həm psixoloji, həm də taktiki cəhətdən tam hazır olmalıyıq.

- Komanda penaltilər seriyasına hazırdır? Bunun üzərində işləmisiniz?

- Bu, bəzən sirr olaraq qalır. Amma mən heç vaxt oyundan əvvəl penaltilərə hazırlaşmağı xoşlamıram. Çünki futbolçularda o psixoloji vəziyyəti yaratmaq istəmirəm. Çünki biz ilk 90 dəqiqəni fikirləşəcəyik. Penaltilər isə sondakı qərardır. Çalışacağıq ki, futbolçuları oyuna yaxşı motivasiya edək və ilk 90 dəqiqədə istədiyimiz nəticəni qazanaq. Sadəcə dediyim kimi, matça 1-2 gün qalmış penaltilər seriyasına hazırlaşmaq futbolçularda inamsızlıq yarada bilər. Amma belə təxmini bilirəm ki, kim penaltini yaxşı vurur, kim zəif (gülür).

- “Neftçi” – “Qalatasaray” oyunu ilə bağlı fikirləriniz necədir?

- Əvvəlcə, “Neftçi”yə uğurlar arzulayıram. Belə komandaların Azərbaycana gəlməsi futbolumuzun inkişafına böyük təkandır. İnsanlarda futbola sevgi daha da çoxalır. Xüsusən tanınmış klublar gələndə. Düşünürəm ki, “Qalatasaray”ın - Türkiyənin 4-5 TOP komandasından birinin Bakıya gəlməsi bizim futbolumuza böyük fayda verəcək. Əlbəttə ki, “Neftçi”nin qalib gəlməsini istərdik. Düzdür, qardaş ölkənin klubudur. Amma idmanın prinsipləri elədir ki, daim qalib gəlmək istəyirsən.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2020
Rusiya mütləq dağılacaq, çünki... - İsraildəki yazarımızdan diqqətçəkən açıqlama
17.09.2020
"Bu məğlubiyyətin təsiri bizdən qısa vaxtda getməyəcək" - Qurban Qurbanov
05.09.2020
“Ərazimizdə Türkiyə hərbi bazasının yaradılması istisna olunmur” - Müsahibə
31.08.2020
Leyla Əliyevanın Rasim Balayevlə - Müsahibəsi
16.08.2020
Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - TAM VİDEO