Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

Macarıstanlı nazir: Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil etdi

20:00  |    29 İyun 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil etdi.

QAZİLER.AZ xəbər verir ki, bunu Trend-ə Macarıstanın insan resursları məsələləri üzrə naziri Zoltan Baloq deyib.


Nazir bildirib ki, Avropa Oyunları mənim üçün Azərbaycanı ziyarət etmək baxımından gözəl fürsət oldu: "Azərbaycana çoxdan gəlmək istəyirdim".

O bildirib ki, azərbaycanlılarla macarları birləşdirən cəhətlərdən biri də odur ki, hər iki millətin nümayəndələri idmanı çox sevirlər: "Azərbaycanın Oyunlara necə hazırlaşması məni çox heyrətləndirdi. Nəqliyyat, infrastruktur, arena, hər şey ən yüksək səviyyədə hazırlanıb".

Z.Baloq qeyd edib ki, Azərbaycana səfəri zamanı gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşlər keçirib: "Biz iki ölkənin əlaqələrinin möhkəmləndirilməsi imkanlarını, yeni layihələri müzakirə etdik. Macarıstan bu il 200 azərbaycanlı tələbəyə təqaüd verəcək. Son 3 ildə iki ölkə arasında bütün sahələrdə əlaqələr tamamilə yeni mərhələyə qədəm qoyub".

Macarıstanın "Wizz Air" aviaşirkətinin Azərbaycanda fəaliyyətinin bərpa edilməsi imkanını şərh edən nazir qeyd edib ki, Macarıstan Azərbaycanda aviaşirkətlərin təyyarələrinin uçuşunun bərpasını dəstəkləyir: "Bizə Bakı və Macarıstan arasında birbaşa reyslər lazımdır. Hazırda bu istiqamətdə danışıqlar aparılır. Onların başa çatacağına ümid edirəm".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2020
Naxçıvan istiqamətində düşmənin hərbi nəqliyyat vasitəsi məhv edilib - VİDEO
15.07.2020
Sabahın HAVA PROQNOZU
15.07.2020
Dövlət Xidməti könüllü cəbhəyə getmək istəyənlərə müraciət etdi
15.07.2020
“Milli Məclisin inzibati binasında dağıntılar törədilib” - Parlament rəsmisi
15.07.2020
Səid Dadaşbəyli azadlığa çıxdı