Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6571

Digər sorğular

Azərbaycan Avropaya Oyunlarının təşkilinin layiqli nümunəsini nümayiş etdirdi

19:15  |    29 İyun 2015  |   E-mail  |  Çapa göndər

İlk Avropa Oyunları ötən gün Bakıda Milli Olimpiya Stadionunda keçirilən möhtəşəm bağlanış mərasimi ilə sona çatdı. Oyunları uğurla başa vuraraq, Azərbaycan adını Avropa idman tarixinə yazdı.


Təşkilatı işləri Olimpiya Oyunları standartlarına cavab verən bu idman tədbirinin yalnız Azərbaycan üçün deyil, Avropa üçün də böyük əhəmiyyəti var.

Azərbaycan üçün I Avropa Oyunlarının əhəmiyyəti ilk növbədə ondan ibarətdir ki, ölkə bu cür böyük miqyaslı idman tədbirlərinin keçirilməsi ilə bağlı zəngin təcrübə qazandı. Gələcəkdə bu təcrübədən digər belə tədbirlərin təşkil edilməsində istifadə ediləcək.

I Avropa Oyunlarının keçirilməsi ölkənin irəliləməsi və beynəlxalq arenada nüfuzunun yaxşılaşdırılması deməkdir. Ölkə üzərinə götürdüyü öhdəlikləri həyata keçirmək qabiliyyətini sübut etdi. Azərbaycana qarşı qarayaxma kampaniyalarına baxmayaraq, ölkə bu çətin tapşırığın öhdəsindən gələ və I Avropa Oyunlarını ən yüksək səviyyədə keçirə bildi. İdmançıların, müxtəlif idman təşkilatlarının nümayəndələrinin yaradılmış şəraitlə bağlı müsbət rəyləri də buna sübutdur.

Azərbaycana ilk dəfə gələn insanların – idmançılar, məşqçilər, turistlər – ölkə haqqında eşitdikləri, ya da heç də həmişə obyektiv olmayan materiallardan oxuduqları əsasında deyil, öz gözləri ilə gördükləri əsasında fikir formalaşdırması da bir o qədər əhəmiyyətli faktdır. Onların yaddaşında Azərbaycan nəinki gözəl, müasir və qonaqpərvər, eyni zamanda dünyaya unudulmaz idman bayramı bəxş edən ölkə kimi qalacaq.

I Avropa Oyunlarının Azərbaycan üçün mühüm irslərindən biri də xüsusilə Oyunlar üçün inşa edilmiş və gələcək idman tədbirlərinin keçirilməsində istifadə olunacaq infrastruktur olacaq.

Ümumilikdə, Azərbaycan üçün I Avropa Oyunları, şübhəsiz, yeni idman əsrinin başlanğıcı, daha böyük idman tədbirlərinə doğru atılan addımdır.

Avropaya gəldikdə isə Bakıda Oyunların keçirilməsi qitə idmanının inkişafına yaxşı təkan verəcək. Avropa Oyunlarına ev sahibliyi edən ilk ölkənin məhz Azərbaycan olması çox rəmzi məna daşıyır. İndi Avropa üçün Azərbaycan nəinki etibarlı enerji tərəfdaşı, eyni zamanda qitənin idman tarixində yeni səhifə açan ölkədir.

Avropa idman baxımından digər qitələrdən geri qalırdı. Axı çoxdan Asiya, Afrika, Panamerika Oyunları keçirilir. İndi Avropa Azərbaycan sayəsində özünün Oyunları ilə fəxr edə bilər. Və sözsüz, Avropa qitənin ilk Oyunlarının belə yüksək səviyyədə keçirildiyi üçün qürur hiss keçirməlidir.

Qeyd etmək lazımdır ki, I Avropa Oyunlarının formatında yeniliklər də var idi. Xüsusilə, Oyunların proqramına 4 qeyri-Olimpiya idman növləri (3x3 basketbol, çimərlik futbolu, sambo və karate) daxil edilmişdi ki, bu da uğurlu qərar oldu. Yarışlar zamanı bu idman növlərinə göstərilən maraq nəticədə onların Olimpiada proqramına daxil edilməsi və inkişafına imkan yaradacaq.

Bundan başqa, I Avropa Oyunları bir çox idmançılar üçün yaxşı təcrübə, hazırlıq, həmçinin “Rio 2016” Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı oldu. Bəzi idmançılar üçün bu Oyunlar ilk böyük idman tədbiri idi və burada əldə etdikləri uğurlar onların idman karyerasının başlanğıcı oldu.

Göründüyü kimi, ilk Avropa Oyunları həm ev sahibi olan Azərbaycan, həm də Avropa üçün əhəmiyyətli hadisə oldu. Bu tədbirin əhəmiyyətini başa düşən Azərbaycan onun təşkilat işlərinə ciddi yanaşdı. İndi meydan yarışa ev sahibliyi edən növbəti ölkələrdədir. Və Azərbaycan bu ölkələr üçün yaxşı nümunədir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
"Qazilərin sığorta pulu verilməlidir" - Firidun Məmmədov
21.11.2019
Ombudsman: "Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar"
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI