Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7073

Digər sorğular

Həkimlər iki ürək dərmanını təhlükəli saydılar - Asılılıq yaradır...

23:39  |    13 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər


Korvalol, valoserdin və valokardin kimi dərman preparatlarının tərkibində fenobarbital – yuxugətirən maddə var, o isə asılılıq yaradır.

Bu, insanlar üçün təhlükə törətdiyindən artıq həkimlər də onları məsləhət görmürlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Qovorit Moskva” radiosuna müsahibəsində həkim-kardioloq Sergey İvanov deyib.

“Fenobarbital azacıq kömək edir, çünki sedativ təsiri var, amma heç bir problemi aradan qaldırmır. Bu preparatı xaricdə çoxdan qadağan ediblər”, - həkim deyib.

Bundan öncə Səhiyyə Nazirliyinin ştatdankənar kardioloqu Sergey Boytsov demişdi ki, izolyasiya zamanı 65 yaşdan yuxarı insanların aktivliyinin azalması səbəbindən ölümlərin çox olacağı deyilsə də, ürək xəstəliklərindən dünyasını dəyişənlərin sayı az olub. Onun sözlərinə görə, ilin ilk üç ayında ölüm halları üç amilin – qrip, havanın soyuq olması və insanların az hərəkətliliyi - birləşməsi səbəbindən artır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2020
Barmaqların vəziyyətinə görə ağciyər xərçəngini müəyyən etməyin yolu açıqlanıb
21.09.2020
Alimlər 7 ən faydalı ərzağın adını açıqladı: Onların hamısı Azərbaycanda var
21.09.2020
Maska taxmaq immun gücünü artırır?
20.09.2020
Hansı daha ölümcüldür: koronavirus yoxsa adi qrip? - Virusoloq
19.09.2020
COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb