Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Əli Həsənov: “Böyük dövlətlər Azərbaycanı idarə etmək istəyirlər“

18:10  |    29 İyun 2015  |   E-mail  |  Çapa göndər

“Hər bir jurnalist unutmamlıdır ki, o eyni zamanda xalqı, milləti, dövləti təmsil edir. Gündəlik jurnalist fəaliyyətində vətənə bağlılıq hissləri qətiyyən arxa plana keçməməlidir". QAZİLER.AZ-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan “Azərbaycan Milli Mətbuatı-140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Ə.Həsənovun sözlərinə görə, müasir dünyada o qədər çox standartlar yaranıb ki, nə nümunəsini Azərbaycanda yaymağa çalışdığımız qərb, nə də digər bizə nümunə ola biləcək sistemlər bu gün təəssüf ki, obyektiv gerçəklikdən çıxış edərək vahid standartlar çərçivəsində siyasət formalaşdırmır.

PA rəsmisi deyib ki, bu gün dünyada baş verən proseslər heç də qərb və digər mətbuatda yazıldığı kimi cərəyan etmir: "Xalqların çoxu heç də terrorist, vəhşi insanlar deyil. Lakin son 10 ildə həmin dövlətlərin başına görün nə oyun açıldı. Öz maraqları çərçivəsində müsəlman ölkələrini nə günə qoydular. Xalqları millətləri və etnik azlıqları necə bir-birinə qarşı qaldırdılar”.

Ə.Həsənov bildirib ki, bu gün dünya ölkələrində siyasi məhbus axtarırlar: "Siyasi məhbusun bir nömrəli nümunəsi Misir dövlətinin başçısı Mursidir. Öz əhalisinin demokratik səsverməsi yolu ilə 50 faizdən çox səs toplayıb prezident seçilən adamı kiminsə maraqlarına cavab vermədiyi üçün bu gün həbs edərək edam etmək istəyirlər. Təəssüf ki, bu gün dünyada çox standartlılığın hökm sürdüyü dövrdə Azərbaycan jurnalistikasının bəzi nümayəndələri də onlara dəstək olurlar. Azərbacan xalqına, dövlətinə qarşı çevrilən əməllərə bu və ya digər yollarla yardım edirlər. Təəssüf edirəm ki, bu gün xarici ölkələrdə məskunlaşan bəzi azərbaycanlı adını, soyadını daşıyan jurnalistlər onların əsas hədəflərinə çevriliblər. Antiazərbaycan şəbəkələri formalaşıb ki, onların fəaliyyəti haqqında məlumatlıyıq".

PA rəsmisinin sözlərinə görə, Azərbaycan mediasının nümayəndələri bu gün kifayət qədər qüdrətə malikdirlər ki, onlara sinə gərsinlər və həmin qüvvələrə Azərbaycan xalqını çaşdırmağa imkan verməsinlər: "Siz də bilirsiniz ki, onlar I Avropa Oyunları ərəfəsində bizim başımıza nə oyunlar açmağa çalışdılar?! Düzdür, onlar heç nəyə nail ola bilmədilər. Faktiki olaraq 3-5 adını hüquq müdafiəçisi qoyan təşkilat və şəxsdən başqa dünya ictimaiyyətini antiazərbaycan mövqeyinə qoşa bilmədilər. Onların "kruqu" maksimum 60-70 nəfəri əhatə edə bilir. Bu qədər şəxslə Qərb antiazərbaycan fəaliyyətini sistemli şəkildə həyata keçirmək istədi, ancaq istəyinə nail ola bilmədi. Sual ortaya çıxır ki, niyə onların dairəsi genişlənmədi? Çünki biz haqlı idik. Onlar haqqa qarşı mübarizə aparmaq istəyirdi.

Gözləri götürmədi ki, 20 illik müstəqillik tarixinə malik olan Azərbaycan bu gün dünyanın keçirə biləcəyi səviyyədə olimpiada keçirə bilir. Bir sözlə, Azərbaycanın cəlbedici obrazı çoxlarını qane etmir və yəqin ki, bundan sonra da etməyəcək. Ona görə də Azərbaycan xalqı, eləcə də aktiv təbəqə olan ziyalılar və jurnalistlər ayıq-sayıq olmalı və bəzi qüvvələrin əməllərini yerindəcə ifşa etməlidirlər.

Bilirik ki, bəzi böyük güclər bir sıra dövlətləri idarə etmək istəyir. Təbii ki, Azərbaycanda həmin dövlətlərin sırasındadır. Bu gün Azərbaycanın bəlli sərvətləri, siyasəti və özünəməxsus maraqları var. Bu maraqları reallaşdırmaq üçün kimlərinsə maraqları qarşısında sədd çəkməliyik. Kiminsə istəyinə yox deməliyik. Bu da onlara sərf etməyəndə Azərbaycanın üzərinə gəlirlər. Sadəcə olaraq böyük dövlətlər Azərbaycanı idarə etmək istəyirlər. Lakin bu gün Prezident İlham Əliyevin sözün həqiqi mənasında Azərbaycan xalqının iradəsinə söykənən müstəqil siyasəti onlara sərf etmir və buna qarşı çıxırlar.

Bundan sonra bizi mühüm qlobal tədbirlər gözləyir. Bu gün ölkəmiz özünün həqiqi ambisiyasını ortaya qoyub. Dünya dövlətlərinin hər biri ilə yarışmağa hazır olduğunu bildirir. Hesab edirəm ki, bu ambisiyada da bizim əsasımız var. Bugünkü qonaq qarşılama qabiliyyəti və bacarığı ortadadır. Bunu heç kim inkar edə bilməz. Heç kim də bizi aparıb anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz. Azərbaycan artıq inkişaf yolundadır və belə də davam edəcək. Təbii ki, bu sahədə medianın rolu da olduqca önəmlidir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı