Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7064

Digər sorğular

Azərbaycanlı idmançıların medalları əllərindən alınıb - SİYAHI

15:23  |    10 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycanın 7 idmançısının nəticələri ləğv edilib və qazandığı medallar geri alınıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) apasport.az saytına verilən məlumata görə, bu, qurumun idman federasiyalarına ünvanladığı məktub əsasında gerçəkləşib.

Antidopinq qayda pozuntusunu törətmiş və barəsində idmandan uzaqlaşdırılma qərarı qüvvəyə minən bütün idmançıların dopinq nəzarətinin keçirildiyi zaman əldə etdiyi nəticələri ləğv edilməli və müvafiq olaraq medallar geri alınmalıdır. Bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmancıların yerləri bərpa edilməli və müvafiq medallar verilməlidir.

Bu barədə AMADA tərəfindən bütün aidiyyəti respublika idman federasiyalarına rəsmi məktub göndərilib. Dopinq nəzarətinin əsas məqsədi idmanda ədalət prinsipinin təmin edilməsi, təmiz idmanın və idmançıların hüquqlarının qorunmasıdır.

Hər hansı bir idmançının qadağan edilmiş maddə və ya üsullardan istifadə etməklə əldə etdiyi nəticələr idmanda ədalət və bərabər imkanlar prinsipinin, habelə yarışlarda iştirak edən digər idmançıların hüquqlarının pozulmasıdır. Bu cür hallarla ciddi mübarizə aparmaqla yanaşı, yarışlarda iştirak edən digər idmançıların hüquqlarının bərpası vacib məsələlərdən biridir. Bu, yarışlarda iştirak edən digər idmançıların karyerası, idman reytinqi və beynəlxalq yarışlarda iştirak imkanları baxımından əhəmiyyətlidir. Bu səbəbdən qadağan edilmiş maddə və ya üsullardan istifadə edən idmançıların antidopinq qayda pozuntusu törətdikləri yarışlarda əldə edilən nəticələri ləğv edilməli və rotasiya qaydasında sıralama yenidən tərtib olunmalıdır.

2019-cu ildə 5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxmış və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minmişdir. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılmışdır.

Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb və adları aşağıda göstərilən idmançıların nəticələri ləğv edilib, medalları geri alınıb.

1. Həsənbəy Həsənzadə (ağır atletika, +109 kq) - 2019-cu ildə keçirilən böyüklər arasında Azərbaycan çempionatında I yer

2. Vasif Səfərov (ağır atletika, +109 kq) - 2019-cu ildə keçirilən böyüklər arasında Azərbaycan çempionatında II yer

3. Orxan Zeynalov (ağır atletika, 81 kq) - 2019-cu ildə keçirilən böyüklər arasında Azərbaycan çempionatında II yer

4. Vüqar Şirinov (sambo, 52 kq) - 2019-cu ildə keçirilən Azərbaycan kubokunda I yer

5. Aliyə Müslümova (cüdo, 78 kq) - 2019-cu ildə keçirilən U-21 gənclərin Azərbaycan birinciliyində II yer

6. Jalə Bayramova (güllə atıcılığı) - 2019-cu ildə keçirilən Azərbaycan çempionatında I yer

7. Kamran Orucov (boks, 63 kq) - 2019-cu ildə keçirilən Azərbaycan çempionatında III yer.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2020
Mixael Şumaxerin son durumu açıqlandı
17.09.2020
Fatih Terim: "Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq"
17.09.2020
"Qalatasaray" "Neftçi"ni avrokuboklardan kənarlaşdırdı
16.09.2020
"Qalatasaray" Bakıya bu futbolçularla gəlir - Siyahı
15.09.2020
Şahmatçılarımız erməniləri məğlub edib qalib oldu