Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7064

Digər sorğular

Virusa qalib gələn 99 yaşlı qadın: “Müharibə daha pis idi”

23:44  |    09 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Pandemiyanın ilk günlərində yaşlıların virusa müqavimət gücünün aşağı olması xüsusi qabardılırdı. Amma onlar heç də həmişə infeksiyaya asan təslim olmurlar.

Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Almaniyada 99 yaşlı qadın virusa qalib gəlib. “Deutche Welle”yə danışan Elza indi özünü yaxşı hiss edir. Az qala, bir əsr yaşayan qadın uzun müddət müalicə prosesi keçib. O, həmin müddətdə özlüyündə bir çox məsələlərə aydınlıq gətirməyə çalışıb. İkinci Dünya Müharibəsinin məşəqqətini görən Elza bir mətləbi müəyyənləşdirib.

“Özümə çox sual verdim. Hansı daha təhlükəliydi: müharibə, yoxsa epidemiya? Məncə, müharibə daha pis idi”, - Elza belə deyir.

Alman qadın indi çəkdiyi əziyyətlərin çoxunu xatırlamaq istəmir. Elza bütün gerçəkləri özünə deməyi bacarmaq lazım gəldiyini düşünür: “Bu yaşa qədər gəlmək asan deyil. Düzünü deməyimi istəyirsiniz? 100 yaşım tamam olmadan ölmək istərdim. Bircə məqsədim var. Gənclərə göstərim ki, 100 yaşında da ayaqda olmaq mümkündür”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2020
Dinlənilməyən mobil telefonlar məlum oldu
12.09.2020
1-2 gün evdə olmayacaqsınızsa, soyuducuya qəpik pul qoyun
11.09.2020
NASA-dan diqqətçəkən təklif: Aydan kilo ilə daş-qum satışı
10.09.2020
Beş saata 10 kiloqrama yaxın arıqlamaqla Rusiyanın Rekordlar Kitabına düşdü - VİDEO
07.09.2020
"Süper bakteriya" kəşf edildi: 3 il canlı qala bilir...