Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6952

Digər sorğular

Polis İrəvanın mərkəzi küçələrini bağladı -VİDEO

16:31  |    29 İyun 2015  |   E-mail  |  Çapa göndər

Ermənistanın paytaxtı İrəvanda, etirazçıların toplaşdığı Baqramyan prospektində vəziyyət gərgin olaraq qalır.

APA TV-nin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, polis şəhərin mərkəzi küçələrini bağlayıb, Baqramyan prospektinə xüsusi təyinatlılar gətirilib.

Aksiya iştirakçılarından bir qismi Azadlıq meydanına keçsə də, əksəriyyət Baqramyan prospektində qalmaqdadır.

Ermənistanın ictimai xadimləri, deputatlar və şou-biznes nümayəndələri nümayişçilərlə polis arasında “canlı sədd” qurublar.

Polis polkovniki Arsen Ayvazyan mitinqçilərə müraciət edərək, barrikada qurmaq üçün istifadə etdikləri zibil qablarını geri qaytarmağa və ya yerinə qoymağa çağırıb. Onun sözlərinə görə, İrəvanda zibil daşınması ilə məşğul olan şirkət polisə müraciət edərək bildirib ki, həmin qablar onun mülkiyyətidir və qanunsuz olaraq Baqramyan prospektinə aparılıb. Etirazçılar polisin bu tələbini fit və qışqırmaqla qarşılayıblar.

Xatırladaq ki, İrəvanda elektrik enerjisinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.07.2020
Dünyada koronavirusa yoluxanların sayı 228 mindən çox artıb - STATİSTİKA
10.07.2020
Rusiya iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa edəcək
10.07.2020
Aya Sofya bu tarixdən məscid kimi ibadətə açılacaq
10.07.2020
Gürcüstan Ukraynaya nota verdi: Yenə Saakaşvili...
10.07.2020
Ermənistanı bu amerikalı idarə edəcək – Departamentdən qərar