Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7148

Digər sorğular

Şabranda qardaş bacısını su kanalında boğaraq öldürdü

12:39  |    02 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər


Avqustun 31-də gecə saatlarında Şabran rayon sakini 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Şabran Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib

Araşdırmalarla hadisənin zərərçəkmişin qardaşı, 1990-cı il təvəllüdlü Elşən Abdulov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atılması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2020
Cem Yılmaz da Azərbaycana dəstək verdi: "Can qardaşımız Azərbaycan... " FOTO
18.10.2020
Azərbaycan bayrağı Xudafərində - FOTO - VİDEO
18.10.2020
MN: Ermənistan dövlət sərhədində də atəşkəsi pozub
15.10.2020
Azərbaycanda son sutkada 530 nəfər COVID-19-a yoluxub, 101 nəfər sağalıb
15.10.2020
Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO