Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7148

Digər sorğular

Rusiya İrəvanı silahlandırır: Daha bir razılaşma... - Video

16:50  |    25 Avqust 2020  |   E-mail  |  Çapa göndər


Moskvada keçirilən “Ordu 2020” forumu çərçivəsində Ermənistan Müdafiə naziri David Tonoyan Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev və “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyevlə görüşüb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Tərəflər arasında hərbi texniki əməkdaşlıq və gələcək fəaliyyətlər müzakirə edilib.

Nazirlik, həmçinin görüş zamanı tərəflərin yeni razılaşmaların reallaşması yolları və müddəti barədə razılıq əldə etdiyini bildirib.

Tonoyanın “Ordu 2020” forumu zamanı Rusiyanın “Taktiki Raket Silahları” korporasiyasının pavilyonunu da gəzdiyi və yeni istehsal edilən uzaqməsafəli raketlərlə tanış olduğu vurğulanıb.

Qeyd edək ki, “Rosoboroneksport” “Rostex” korporasiyasının tərkibinə daxildir. Məhz bu şirkət Rusiya silahlarının ixracını həyata keçirir.

Rusiya son iki ay ərzində Ermənistanın aktiv silahlandırılmasını həyata keçirib. Belə ki, Tovuz təxribatından öncə Ermənistana Su-30CM təyyarələrinin verilməsiylə bərabər, Serbiya və İordaniyadan (İordaniyadan idxal edilən silahın istehsalının 50%-i “Rostex”ə aiddir) müxtəlif növ silah tədarükü həyata keçirib. Üstəlik, Tovuz təxribatı və ondan sonrakı dönəmdə Rusiyadan İrəvana 12 aviareys təşkil edilib ki, bunlar vasitəsilə də Ermənistana 500 tondan çox hərbi yük daşınıb.

Rusiya, həmçinin Ermənistandakı Su-25 təyyarələrinin modernizasiyasını həyata keçirmək öhdəliyi götürüb.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2020
Cem Yılmaz da Azərbaycana dəstək verdi: "Can qardaşımız Azərbaycan... " FOTO
18.10.2020
Azərbaycan bayrağı Xudafərində - FOTO - VİDEO
18.10.2020
MN: Ermənistan dövlət sərhədində də atəşkəsi pozub
15.10.2020
Azərbaycanda son sutkada 530 nəfər COVID-19-a yoluxub, 101 nəfər sağalıb
15.10.2020
Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO