Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7064

Digər sorğular

Prezident fərman imzalayıb

13:54  |    18 Avqust 2020  |   E-mail  |  Çapa göndər

"ASAN xidmət" və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasnamələrində dəyişiklik edilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.11-1-ci yarımbənd əlavə edilir:

“3.1.11-1. dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatları və sistemlərinin “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək;”.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:

2.0.17-1-ci, 3.0.78-1-ci, 3.0.79-1-ci, 3.0.79-2-ci və 3.0.79-3-cü yarımbəndlər əlavə edilsin:

“2.0.17-1. “Hökumət buludu”nun fəaliyyətini və istifadəsini təşkil edir;”;

“3.0.78-1. “Hökumət buludu”nun idarə olunmasını və fəaliyyətinin təşkilini təmin etmək;”;

“3.0.79-1. dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etmək;

3.0.79-2. Nazirliyin Data Mərkəzində, eləcə də “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etmək;

3.0.79-3. “Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görmək;”;

3.0.79-cu yarımbənd aşağıdakı redaksiyada verilir:

“3.0.79. “Hökumət buludu”nun yaradılması vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin istismarı, bunun üçün tələb olunan infrastrukturun qurulması və standartların formalaşdırılması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;”.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na aşağıdakı məzmunda 1.8-ci bənd, 6.0.2-1-ci və 7.1.3-1-ci yarımbəndlər əlavə edilir:

“1.8. Dövlət informasiya ehtiyatları və sistemləri “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında nəzərdə tutulmuş Keçid Planına uyğun olaraq mərhələli şəkildə “Hökumət buludu”nda yerləşdirilir, aparılır və Data Mərkəzində saxlanılır.”;

“6.0.2-1. dövlət informasiya ehtiyatı və sisteminin bu Qaydaların 1.8-ci bəndinə uyğun olaraq mərhələli şəkildə “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini, o cümlədən elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etmək;”;

“7.1.3-1. dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatlarının və sistemlərinin bu Qaydaların 1.8-ci bəndinə uyğun olaraq mərhələli şəkildə “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək;”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.09.2020
Dövlət Agentliyinə 22 milyon manat ayrıldı - SƏRƏNCAM
19.08.2020
Prezident onu “Dostluq” ordeni ilə təltif etdi - SƏRƏNCAM
17.08.2020
Prezident İlham Əliyev fərman imzlayıb
17.08.2020
DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SİYAHI
17.08.2020
DSX-nin qadın hərbi qulluqçularına fəxri adlar verilib - SƏRƏNCAM