Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7073

Digər sorğular

QMİ nümayəndəsi inanclı insanlara müraciət etdi: Bu bir qanundur...

23:03  |    14 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Koronavirus yaşından və statusundan asılı olmayaraq hər bir kəsə təhlükəlidir. Məscidlərin bağlı qalması da epidemioloji vəziyyətlə əlaqədardır. İnsanların kütləvi məkana toplaşması yoluxma ehtimalını artırır.

Qazilər.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, fəlsəfə doktoru İbrahim Quliyev bildirib.

Onun sözlərinə görə, koronavirus dini məsələ deyil, yalnız tibbi məsələdir: “Bildiyiniz kimi, hazırda hamımız pandemiya dövründə yaşayırıq. Koronavirus elə bir bəladır ki, təkcə Azərbaycanı deyil, bütün dünyanı cənginə alıb. Bu virus yaşından və təbəqəsindən asılı olmayaraq hər kəsə təhlükəlidir. Ona görə də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Operativ Qərargahın qoyduğu qanunlar və tövsiyələrə əməl etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bu bir qanundur və qanuna əməl etməyən hər bir şəxs cəzalandırılır.

Ona görə də məscidlərin bağlanma, yaxud açılması məsələsi Qafqaz Müsəlmanları İdarəsinə aid olan bir məsələ deyil. Bu, Operativ Qərargahın veridyi qərardır və inanclı, mömin və məscidə gələn hər bir şəxsdən QMİ olaraq xahişimz və tövsiyyəmiz ondan ibarətdir ki, onlar qanunauyğun hərəkət etsinlər. Allah qoysa, Operativ Qərargah nə vaxt ki qərar verər məscidlərin açılmasına, biz hamımız ora toplaşıb əvvəlki kimi ibadətlərimizi davam edərik”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.09.2020
“Əhalinin 20-30 faizində koronavirusa qarşı immunitet yaranıb”
24.09.2020
Qətlə yetirilən Yusif İldırımzadənin qaynıdır? - Rəsmi
24.09.2020
Nisə Qasımova xərçəngə tutulduğunu təsdiq etdi - VİDEO
24.09.2020
Azərbaycanda hərbi hissədə əsgər öldürən “Taliban”çının cəzası bilindi
24.09.2020
Kürdəmirdə şəhidin adını daşıyan uşaq bağçası dağılmaq üzrədir - VİDEO